FACT-INFO.AZ » XƏBƏR » "Azərbaycanda bioloji müxtəlifliyin qorunması" mövzusunda konfrans keçirilib
25-05-2023, 08:15 | XƏBƏR
"Azərbaycanda bioloji müxtəlifliyin qorunması" mövzusunda konfrans keçirilib

Fact-info.az xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, AR Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndirici Ofisinin rəhbəri Kanako Mabuçi, millət vəkilləri, səfirlər, aidiyyəti şəxslər və KİV nümayəndələri iştirak ediblər.

Konfransdan öncə Ümummilli lider Heydər Əliyevin AMEA-nın Əsas binasındakı büstü qarşısına əklil və gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib. Daha sonra tədbir çərçivəsində hazırlanmış nəşrlərdən və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra "Qırmızı kitab"a həsr edilmiş videoçarx nümayiş olunub.

Konfransda giriş nitqi ilə çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, ölkə başçısının sərəncamı əsasında AMEA-nın və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının ərsəyə gətirdiyi iki cilddən ibarət Azərbaycan Respublikası "Qırmızı kitab"ının III nəşri "Heydər Əliyev İli"nin əlamətdar hadisələrindən biridir və hər iki qurumun Ulu öndərin 100 illiyinə mühüm töhfəsidir.

Ölkəmizdə milli parklar, təbiət qoruqları və yasaqların yaradılmasının Heydər Əliyev-İlham Əliyev epoxasının Azərbaycan tarixinə gətirdiyi yeniliklər olduğunu deyən AMEA rəhbəri ötən müddət ərzində ölkəmizdə təbiətin qorunması və mühafizəsi istiqamətində bir çox rəsmi sənədlərin, qərarların qəbul edildiyini bildirib. Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, ölkəmizdə biomüxtəlifliyin qorunması və inkişaf etdirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən proqramlar və layihələr də mühüm rol oynayır və bu istiqamətdə Heydər Əliyev Fondunun və İDEA İctimai Birliyinin rolunu xüsusi qeyd etmək lazımdır. AMEA prezidenti Azərbaycanda biomüxtəlifliyin qorunmasının həm həyat tərzinə, həm də mükəmməl bir strateji əhəmiyyətə malik olan dövlət siyasətinə çevrildiyini söyləyib.

Akademik İsa Həbibbəyli "Qırmızı kitab"ın meydana çıxmasının ölkəmizdə həyata keçirilən dövlət siyasəti nəticəsində gerçəkləşmiş möhtəşəm bir layihə olduğunu deyib.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev isə çıxışında qeyd edib ki, hələ sovet hakimiyyəti illərində Azərbaycana rəhbərliyinin birinci dövründə görkəmli dövlət xadimi Heydər Əliyev təbii sərvətlərin qorunması, yaşıllaşdırma tədbirlərinin miqyasının artırılması sahəsində əhəmiyyətli addımlar atıb, müstəqillik dövründə isə flora və faunamızın, təbiət abidələrimizin, nadir heyvanlar aləminin qorunması, mühafizə edilməsi istiqamətində konkret dövlət siyasətini müəyyən edib.

Nazir çıxışında qeyd edib ki, bioloji müxtəlifliyin qorunub saxlanılması, həmçinin, nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin mühafizəsi və gələcək nəsillərə çatdırılmasında "Qırmızı kitab"ın nəşri vacib əhəmiyyət daşıyır. "Qırmızı kitab"ın III nəşrinin bir sıra özəllikləri barədə məlumat verən Muxtar Babayev bu nəşrdə 30 illik uzun müddətli fasilədən sonra işğaldan azad edilmiş ərazilərimizdə - Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə nadir bitki və heyvan növlərinin tədqiq olunduğunu deyib.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov isə çıxışında Azərbaycan təbiətinə xas nadir endemik bitkilərin işğaldan azad edilmiş ərazilərimizdə nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qaldığını, bədnam qonşularımızın sözügedən ərazilərdə biomüxtəlifliyi məhv etdiyini söyləyib.

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndirici Ofisinin rəhbəri Kanako Mabuçi vurğulayıb ki, bugünkü konfrans Azərbaycanın biomüxtəlifliyin qorunmasına sadiqliyini və qətiyyətlə yanaşdığını nümayiş etdirir.

Daha sonra AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov çıxış ediblər.




Baxış sayı: 169
Abbas Zamanovun 115 illiyinə həsr olunan elektron məlumat bazası hazırlanıb Bu gün, 10:30 Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir Bu gün, 10:00 Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır Bu gün, 08:30 Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb Bu gün, 08:00 Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır Dünən, 19:00 "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib Dünən, 19:00 Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib Dünən, 18:00 ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week Dünən, 17:30 İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir Dünən, 12:30 Dünyada separatizmə, müharibə cinayətlərinə münasibət fərqli olmamalıdır Dünən, 11:30 Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşü Dünən, 11:00 Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb Dünən, 11:00 Azad edilmiş ərazilərdə daha 361 mina, 624 PHS aşkarlanıb Dünən, 10:30 Vətən müharibəsinin xronikası: 11 oktyabr Dünən, 10:30 Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq 11-10-2026, 10:00 Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq 11-10-2026, 10:00 Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək 10-10-2026, 09:30 Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub 10-10-2026, 08:30 ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi 10-10-2026, 08:30 Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb 9-10-2026, 20:30 Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir 9-10-2026, 19:30 International travellers visit Ganjasar Monastery Complex 9-10-2026, 17:00 Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı? 9-10-2026, 12:00 Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb 9-10-2026, 11:00 Prezident İlham Əliyev: 2026-cı ilin ilk yarısında Azərbaycan üzərindən tranzit daşımalarının həcmi 10 faiz artıb 9-10-2026, 11:00 Prezident: Məqsədimiz Azərbaycan üzərindən yükdaşımaların həcmini hər istiqamət üzrə 15 milyon tona çatdırmaqdır 9-10-2026, 11:00 Türkiyənin məktəblərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək 9-10-2026, 10:30 Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır - KİV 9-10-2026, 09:00 Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir 9-10-2026, 08:00 Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib 8-10-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031