FACT-INFO.AZ » XƏBƏR » Milli Hökumətin müqavimət simvolu: Firudin İbrahiminin anım günüdür
22-05-2023, 15:30 | XƏBƏR
Milli Hökumətin müqavimət simvolu: Firudin İbrahiminin anım günüdür

Fact-info.az  Gunaz.tv-yə istinadən məlumat verir ki, 1945-46-cı illərdə Güney Azərbaycan Milli Hökumətinin baş prokuroru işləmiş Firudin Qəni oğlu İbrahimi 1918-ci il noyabrın 21-də Astara şəhərində anadan olub.

Gənc yaşlarından azadlıq hərəkatına qoşulan Firudin İbrahimi 1945-ci ildə Tehranın hüquq fakultəsini bitirdikdən sonra Təbrizə qayıdıb.

Qısa müddət sonra Seyid Cəfər Pişəvərinin başçılığı ilə qurulan Milli Hökumətin baş prokuroru seçilib.

1946-ci ildə Parisdə Sülh konfransında iştirak edən İbrahimi dövrü mətbuatda da çıxış edib.

O, "Ettelaat", "Ajir", "Rəhbər", "Mərdom", "Zəfər", "Siyasət", "Azərbaycan" və sair qəzetlərdə dövrün problemlərini əks etdirən etdirən publisistik məqalələr yazıb.

1946-ci ildə Milli Hökumət devrildikdən sonra bütün təklif və israrlara baxmayaraq Təbrizi tərk etməyən baş prokuror, işğalçı ordu tərəfindən həbs edilib.

Həbsxana yoldaşları öz xatirələrində gənc baş prokuroru müqavimət simvolu və Azərbaycana bağlı güclü iradəli şəxsiyyət kimi xarakterizə ediblər.

Firudin İbrahiminin dar ağacından asılarkən çıxışı onlarla yazıçının əsərində əks olunub, Azərbaycan xalqının mübarizə tarixində özünə məxsus yer tutub.

"Mənim əzizlərim, həmvətənlərim! Çox çəkməz ki, Azərbaycan xalqı qələbə çalacaq və yenidən Azərbaycanda Milli Hökumət qurulacaq. Yaşasın Azərbaycan! Yaşasın doğma vətənimiz Azərbaycan!"

1946-cı ilin 22 mayında Təbrizin Gülüstan bağında edam edilən Firudin İbrahimi Təbrizin "İmamiyyə" qəbristanlığında torpağa tapışırılıb.

Hər il mayın 22-də azərbaycanlılar onun məzarını ziyarət edir, xatirəsini əziz tuturlar.




Baxış sayı: 483
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30