FACT-INFO.AZ » XƏBƏR » İsraildə Xocalı soyqırımından bəhs edən “AĞRI” romanı nəşr edilib
5-10-2016, 09:30 | XƏBƏR
İsraildə Xocalı soyqırımından bəhs edən “AĞRI” romanı nəşr edilib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qutun AZƏRTAC-a verdiyi məlumata görə, Təl-Əvivdəki “Medial” nəşriyyatında “AĞRI” romanı nəşr edilib.

İsrailli müəlliflər Əmir və Arye Qutun bu əsərində 1992-ci ildə erməni silahlı dəstələri tərəfindən Xocalıda törədilmiş soyqırımı aktı ilə bağlı dəhşətli hadisələrdən bəhs edilir, müxtəlif dinlərə, müxtəlif millətlərə mənsub olan, müxtəlif mühitlərdə böyümüş, taleyin qismətindən gözəl Bakı şəhərində rastlaşan iki gəncin romantik sevgi tarixçəsi təsvir olunur.

Romanın müəlliflərindən biri – Arye Qut deyib: “Romanın qəhrəmanlarından biri - Pol İsraildə yaşayır, digər qəhrəman - Röya isə gənc olmasına baxmayaraq, həyatda çox sarsıntılara sinə gəlməli olub. O hələ uşaq ikən erməni faşist və banditləri tərəfindən Azərbaycanın Xocalı şəhərinin dinc sakinlərinə qarşı törədilmiş amansız qırğının dəhşətlərini görüb. Bu qanlı faciədən iyirmi ildən çox keçdiyinə baxmayaraq həmin hadisələr sanki möcüzə sayəsində salamat qalmış Xocalı sakinlərindən hər birinin qəlbində sağalmaz izlər qoyub”.

Romanın elmi redaktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Məhsəti Əliyeva yazır ki, əsərin qəhrəmanı Röya 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində erməni silahlıları tərəfindən törədilmiş soyqırımı aktının canlı şahididir. Məhsəti Əliyeva yazır: “Doğma yurdunda qaçqın vəziyyətinə düşmüş Röyanın ailəsi öz xalqının zorla cəlb edildiyi müharibənin bütün dəhşətlərini görüb. Röya böyüyəndən sonra həmin hadisələr zamanı salamat qalmış həmyerlilərinin itkin düşmüş doğmalarını və yaxınlarını axtarmaqda onlara kömək etməyi qərara alır. Röya həmin hadisələr barədə həqiqəti dünya ictimaiyyətinə çatdırmaq üçün əlindən gələni etməyə çalışır”.

“AĞRI” romanının baş qəhrəmanlarından biri olan Röya deyir: “Aydın səma fonunda erməni silahlı dəstələri tərəfindən soyuqqanlılıqla və amansızcasına məhv edilmiş uşaqların, qadınların və qocaların sifətlərini heç vaxt unuda bilmərəm. Ermənilərə xas olan insana nifrət hissini, qəddarlığı heç vaxt unuda bilmərəm. Məni həyat eşqindən həmişəlik məhrum etmiş qanlı qırğından sonra Xocalıdakı o dəhşətli gecənin sükutunu heç vaxt unuda bilmərəm. Mənim ruhumu öldürmüş bu hadisələri, Xocalı ilə bağlı həyatımın bu dəhşətli və dözülməz anlarını heç vaxt unutmaram”.

Kitabın elmi redaktoru Məhsəti Əliyeva yazır: “Bu faciədə günahkar kimdir? Azərbaycanın Xocalı şəhərinin dinc sakinlərinə qarşı qanlı qırğın törətmiş terrorçular nə üçün cəzasız qalıb? Heç bir təqsiri olmayan dinc sakinlər nə üçün soyqırımına məruz qalıb? Birnəfəsə oxunan bu romanı oxumaqla bütün bu suallara cavab tapmaq olar”.

İsrailli müəlliflər Əmir və Arye Qut bədii-sənədli “AĞRI” romanında həqiqət axtarışında Azərbaycan şəhərində törədilmiş dəhşətli kütləvi qırğın barədə söhbət açıblar. “AĞRI” romanının müəllifləri bu qanlı qırğının canlı şahidləri olmuş Xocalı sakinlərinin ifadələri əsasında müasir Ermənistanın terrorçu liderlərinin maskasını yırtırlar.

İsrailli müəlliflər Azərbaycan xalqının kədərini və faciəsini böyük ürək ağrısı ilə təsvir edirlər. Müəlliflər ölüm və vahimə toxumu səpən, Azərbaycan tarixinin maddi və mədəni irsini məhv etmiş, lakin Vətən oğullarını böyük missiyaya – öz əzəli torpaqlarını müdafiə etməyə ruhlandıran saf və işıqlı duyğuları məhv edə bilməmiş erməni terrorçuların mənfur niyyətləri barədə dünyaya xəbərdarlıq edirlər.

Onu da qeyd etmək yerinə düşər ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qut “AĞRI” lirik-sənədli romanının ilk nüsxəsini V Bakı Beynəlxalq Humanitar Forumu zamanı Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edib.




Baxış sayı: 2 120
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30