FACT-INFO.AZ » XƏBƏR » Vyanada Ulu Öndər Heydər Əliyevin yubileyi münasibətilə rəsmi qəbul təşkil edilib
12-05-2023, 20:50 | XƏBƏR
Vyanada Ulu Öndər Heydər Əliyevin yubileyi münasibətilə rəsmi qəbul təşkil edilib

Tədbir Azərbaycanın və Avstriyanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli tədbirdə çıxış edərək Azərbaycan Respublikasının 105-ci ildönümünün bu il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə eyni dövrdə qeyd olunduğu bildirib. Diqqətə çatdırıb ki, 105 il əvvəl - 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik parlamentli respublika – Azərbaycan Xalq Cümhuriyyəti elan olunub. Ölkənin bütün vətəndaşlarına eyni hüquqlar verməklə irqi, etnik, dini və sosial bərabərsizlikləri aradan qaldıran Cümhuriyyətin siyasəti öz dövrünə görə inqilabi xarakter daşıyıb. Şərqdə ilk dəfə olaraq Azərbaycanda qadınlara səsvermə hüququ verilib. Cümhuriyyətin qanun və sərəncamlarında dövlət institutlarının qurulması, ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün qorunması, insan hüquq və əsas azadlıqlarının təmin edilməsi, məhkəmə-hüquq sisteminə əsaslanan demokratik dünyəvi dövlət yaradılması diqqət mərkəzində olub. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşayıb və bolşeviklərin müdaxiləsi ilə 1920-ci ilin aprelində süqut edib. Bununla belə, onun idealları, dəyərləri və ənənələri azərbaycanlıların gələcək nəsillərinin qəlbində və şüurunda yaşamağa davam edib.

R.Sadıqbəyli bildirib ki, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü Cümhuriyyətin siyasi-hüquqi varisi elan edib. Lakin müstəqilliyin ilk illəri sözün bütün mənalarında Azərbaycan üçün gərgin mübarizə ilə keçib. Belə ki, Azərbaycan ərazilərinin işğalı və silahlı münaqişə, tənəzzül edən iqtisadiyyat və respublikanı dağılmaq həddinə çatdıran daxili hakimiyyət mübarizəsinə məhz 1993-cü ildə son qoyulub. Həmin vaxt xalqın təkidi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan tarixində dönüş nöqtəsinin və yeni epoxanın başlanğıc nöqtəsi olub. Müasir Azərbaycan tarixinin hər bir mərhələsi Ulu Öndər Heydər Əliyevin gələcək nəsillərin inkişafın təsir göstərən irsi ilə sıx bağlıdır. Heydər Əliyevin təbirincə desək, Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının Dövlət müstəqilliyini qorumaq, möhkəmləndirmək və inkişaf etdirmək onun bütün ömrünün məqsədi olub.

Çıxışda, həmçinin diqqətə çatdırılıb ki, Heydər Əliyev siyasətinin əsas hədəfləri arasında həm də bu gün dünyanın ən güclü orduları sırasında yer alan, 2020-ci ildə Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün və birliyinin bərpasında həlledici rol oynayan Azərbaycan Ordusunun inkişafı və təkmilləşdirilməsi də yer alıb. Səfir Azərbaycanın ərazi bütövlüyünün qorunmasında canını fəda etmiş Vətən övladlarının xatirəsinin yaddaşlarda əbədi yaşayacağını və onların daim ehtiramla yad olunacağını bildirib.

Sonra Azərbaycan və Avstriya musiqiçiləri klassik musiqi proqramı ilə çıxış ediblər.




Baxış sayı: 162
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30