Bunu APA-nın Türkiyə bürosunaNuriPaşanınqardaşı nəvəsiArzu Ənvər Əroğandeyib.
O, Nuri Paşa ilə bağlı 17 il araşdırma aparıb, “Nuri Killigil” kitabını yazmış Atilla Orala təşəkkür edib: "Həmçinin, Nuri Paşa ilə bağlı Atilla Oralın tədqiqatlarını Türkiyədən əvvəl Azərbaycanda işıqlandıran APA-ya minnətdarlıq borcum var. Eyni zamanda Atilla Oralı Bakıya dəvət edib Azərbaycana tanıdan, “Nuri Killigil” kitabının imza mərasimini təşkil edən millət vəkili Qənirə Paşayevaya da təşəkkür edirəm".
O xatırladıb ki, Nuri Paşanın məzarının bərpasına İstanbul Bələdiyyəsinin muzey və kitabxanalar müdiri Ramazan Minder dəstək verib.
Paşanın qardaşı nəvəsi Nuri Paşanın xatirəsinə sayğı göstərənləri anım mərasimində gözlədiyini də dilə gətirib.
Qeyd edək ki, Qafqaz İslam Ordusunun komandanı Nuri Paşa 2 mart 1949-cu ildə İstanbulun Sütlücə səmtində özünün silah zavodunda baş vermiş partlayış nəticəsində həlak olub. Nuri Paşanın meyitinin bir parçası 20 gündən sonra zavodun qabağındakı körfəzdən tapılaraq cənazə namazı qılınmadan dəfn edilib. Sentyabrın 28-də Ədirnəqapı şəhidliyindəki mərasimdən sonra Nuri Paşanın cənazə namazı qılınacaq.
Baxış sayı: 1 811
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

