FACT-INFO.AZ » MƏDƏNİYYƏT » "Bəşəriyyətə şölə saçan teatr günəşi" kitabı
8-04-2023, 11:55 | MƏDƏNİYYƏT
"Bəşəriyyətə şölə saçan teatr günəşi" kitabı

Fact-info.az xəbər verir ki, əvvəlcə Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 illiyindən bəhs edib.

Bildirib ki, Azərbaycan teatrı həmişə fəal mövqeyi ilə seçilərək ictimai fikrin ön sıralarında dayanıb və cəmiyyətin mədəni tərəqqisinə, milli şüurun inkişafına əhəmiyyətli təsir göstərib. O, eyni zamanda Ulu Öndərin və Prezident İlham Əliyevin teatrlara göstərdiyi diqqət və qayğıdan söhbət açıb.

L.Məmmədova eləcə də yazıçı-publisist Reyhan Mirzəzadənin A.N.Ostrovskinin 200 illik yubileyinə həsr etdiyi "Bəşəriyyətə şölə saçan teatr günəşi" adlı kitabı haqqında danışıb. Qeyd edib ki, A.N.Ostrovski rus ədəbiyyatında bütün həyatını dramaturgiyaya həsr edən yeganə yazıçıdır və o, rus milli realist teatrının, dramaturgiyasının yaradıcılarından biridir.

"Bəşəriyyətə şölə saçan teatr günəşi" kitabının redaktoru, yazıçı-publisist Zöhrə Əsgərova Reyhan Mirzəzadənin bir çox kitabların müəllifi olduğunu qeyd edib. O bildirib ki, R.Mirzəzadə rus ədəbiyyatının qüdrətli sənətkarları A.S.Puşkin, M.Y.Lermontov, İ.A.Krilov, N.V.Qoqol, V.A.Jukovski, N.A.Nekrasov, İ.S.Turgenev, F.M.Dostoyevski, L.N.Tolstoy, N.Q.Çernişevski, A.P.Çexov, M.Qorki, V.V.Mayakovski, A.Axmatova və s. yazarların yaradıcılığını, fəlsəfi baxışlarını, vətəndaş mövqelərini dərindən öyrənərək oxuculara təqdim edib.

Kitabın müəllifi, yazıçı-publisist Reyhan Mirzəzadə A.N.Ostrovskinin dramlarında XIX əsrin ictimai-siyasi mənzərəsi, cəmiyyətin daxilində ziddiyyətlər və məişət problemlərinin qabarıq təsvir edilməsindən danışaraq, bu kitabın rus teatrının çətin, mübarizəli yollarından bəhs etdiyini bildirib: “A.N.Ostrovski təkcə dramaturgiya ilə məşğul olmayıb, eyni zamanda, Avropa müəlliflərinin bir çox əsərlərini də rus dilinə tərcümə edib. Rus ədəbiyyatı, mədəniyyəti və teatr sənəti tarixinə qüdrətli söz ustadı, yüksək bəşəri ideyaların carçısı kimi daxil olan A.N.Ostrovskinin həyatı və zəngin yaradıcılığı həm öz xalqına, həm də bəşəriyyətə sədaqətlə xidmətin əvəzolunmaz nümunəsidir".

R.Mirzəzadə dramaturqun yaradıcılığının bütün ruhu, zehni, qəlbi, mənəviyyatı ilə rus xalqının həyatına bağlı olduğunu vurğulayaraq, A.N.Ostrovskinin bütün ömrü,

yaradıcılığı boyu yanar ürəklə bərabər, yanar zəkanı da tərənnüm etdiyini, onun zəngin məfkurəsi, qiymətli irsi ilə bəşəriyyətin qəlbinə köçdüyünü qeyd edib.

Müəllif eyni zamanda dramaturqun Bakı səfərindən də tədbir iştirakçılarına məlumat verib.

Daha sonra tədbirdə iştirak edən Milli Məclisin deputatı, Azərbaycan-Rusiya parlamentlərarası işçi qrupunun üzvü Aydın Mirzəzadə, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktrisası, Xalq artisti Natalya Şarovskaya, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Nofəl Vəliyev, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru Sevinc Mikayılova, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının truppa müdiri Ələsgər Muradxanlı, Rusiyanın Azərbaycandakı səfirliyinin birinci katibi Pavel Kuznetsov, Azərbaycan Dövlət Akademik Dram Teatrının ədəbi dram hissə rəhbəri Çingiz Ələsgərli, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rejissoru İradə Gözəlova çıxış edərək müəllifi bu kitabın ərsəyə gəlməsi münasibətilə təbrik ediblər, xoş arzularını bildiriblər.




Baxış sayı: 222
Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Bu gün, 12:00 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Bu gün, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Bu gün, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Bu gün, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031