Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, mənzillərin istifadəyə verilməsi tədbirində Dövlət Sosial Müdafiə Fondunun direktoru Zakir Babayev müharibə əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirləri diqqətə çatdırıb.
“Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 26 rayonda 116 fərdi yaşayış evi, Beyləqan rayonunda 54 mənzilli yaşayış binası, Abşeron rayonunda hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 64 mənzil qeyd olunan vətəndaşların istifadəsinə verilib. Beləliklə, cari ildə ümumilikdə 234 nəfər şəxs, o cümlədən 149 nəfər Qarabağ müharibəsi əlili, 85 şəhid ailəsi müasir tələblərə cavab verən yeni mənzillərlə təmin edilib. Hazırda müharibə əlilləri və şəhid ailələri üçün nazirliyin sifarişi ilə Bakı şəhərində və respublikanın müxtəlif bölgələrində çoxmənzilli və fərdi yaşayış evlərinin tikintisi, yeni yaşayış binalarından mənzillərin alınaraq təmir etdirilməsi işləri davam etdirilir”, - deyə Z.Babayev əlavə edib.
DSMF sədri Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin Prezidentin aylıq təqaüdü, habelə pensiya və sosial müavinətlərlə də təmin edildiklərini, ötən dövrdə bu sosial ödənişlərin mütəmadi olaraq artırıldığını vurğulayıb. O, həmçinin ölkəmizdə əlilliyi olan şəxslərin, o cümlədən Qarabağ müharibəsi əlillərinin tibbi-sosial reabilitasiyası, eləcə də xaricdə ixtisaslaşmış bərpa müalicəsinin təşkili sahəsində də mühüm işlərin görüldüyünü bildirib.
İstifadəyə verilən 11 mənzildən 9 ədədi Qarabağ müharibəsi əlillərinə, 2 ədədi şəhid ailələrinə təqdim edilib.
Baxış sayı: 1 819
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

