Azadinform news.am-a istinadən xəbər verir ki, bunu erməni analitik Ruben Mehrabyan deyib. O qeyd edib ki, Ermənistan prezidenti Serj Sarkisyanla danışıqlar zamanı Rusiya prezidenti Vladimir Putin bildirdi ki, Rusiya Dağlıq Qarabağ münaqişə zonasında bəzi ATƏT-in Minsk qrupu dövlətləri ilə birgə təhlükəsizliyin zəmanətçisi olmağa hazırdır: “Burada Minsk qrupunun “bəzi dövlətləri” ifadəsinin Türkiyədən başqa mənası yoxdur”.
Analitik qeyd edib ki, Rusiya Türkiyə prezidenti və XİN rəhbərinin Ermənistan tərəfinin güzəştə getməli olduğu barədə verdiyi bəyanatı inkar etmədi: “Ermənistan açıq şəkildə Rusiyaya yox deyib. KTMT Müdafiə Nazirləri Şurasının Yerevanda avqustun 16-da keçirilən görüşü zamanı Sarkisyan Braziliyada Olimpiya oyunlarını izləyirdi”. Mehrabyanın fikrincə, bu, özü çox şeyi ifadə edir.
Baxış sayı: 1 486
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

