FACT-INFO.AZ » XƏBƏR » “Euronews” telekanalında Azərbaycan haqqında reportaj yayımlanıb
8-08-2016, 11:20 | XƏBƏR
“Euronews” telekanalında Azərbaycan haqqında reportaj yayımlanıb

 Bu musiqi hadisəsi çoxdan Azərbaycanın hüdudlarını aşaraq aləmdə geniş şöhrət qazanıb.

 Dünyanın mədəni həyatında əlamətdar hadisəyə çevrilmiş mədəniyyət tədbiri haqqında “Euronews” telekanalının hazırladığı reportaj da böyük tamaşaçı marağını bir daha təsdiqləyir.

Musiqi milliyyəti, dili, dini fərqli olan insanları sehrinə salmaq, qəlbini ovsunlamaq qüdrətinə malikdir. Necə ki, ecazkar Azərbaycan musiqisi qəlbləri riqqətə gətirir, xalqımızın mədəni zənginliyini dünyaya nümayiş etdirir. Bu dəfə də elə oldu. Füsunkar təbiəti ilə hər kəsi öz sehrinə salan qədim Qəbələ musiqisevərləri yenə bir araya topladı. Milyonlarla tamaşaçı auditoriyası olan populyar beynəlxalq musiqi festivalı Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilir. Onu sərhəd tanımayan musiqi dünyasında artıq öz yeri olan bayram da adlandırmaq olar.

AZƏRTAC xəbər verir ki, dünyanın mədəni həyatında əlamətdar hadisəyə çevrilmiş mədəniyyət tədbiri haqqında, “Euronews” telekanalının hazırladığı reportaj da bütün bunları bir daha təsdiqləyir.

Reportajda müəllif yaxın illərə kimi Qəbələnin varlığından çoxlarının xəbərsiz olduğunu bildirir. İndi isə 2500 yaşlı bu qədim şəhər musiqisevərlərin diqqət mərkəzindədir. Bir neçə gün ərzində Qəbələ Azərbaycanın musiqi paytaxtına çevrilir. Artıq 8 ildir bu şəhərdə beynəlxalq musiqi festivalı keçirilir.

Qeyd edək ki, füsunkar təbiəti ilə hər kəsi öz sehrinə salan Qəbələ ötən bir həftə ərzində musiqisevərlərə yenə də unudulmaz anlar yaşadıb. Azərbaycan belə möhtəşəm tədbirlərin keçirilməsində artıq böyük təcrübəyə sahibdir. Bütün bunlarda Heydər Əliyev Fondunun xüsusi xidmətləri var. Fondun prezidenti, Azərbaycanın birinci xanımı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən çoxsaylı mədəniyyət layihələri mədəniyyətimizin təbliğini yüksək səviyyəyə qaldırıb. Ümumiyyətlə, Heydər Əliyev Fondunun imza atdığı hər bir layihə yüksək təşkilatçılığı ilə yadda qalır. VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı da bu sıraya daxil olmaqla geniş tamaşaçı rəğbəti qazanmış oldu.

 

 




Baxış sayı: 1 761
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30