AZƏRTAC xəbər verir ki, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Qarabağın həsrət salnaməsi” internet-layihənin məqsədi internet vasitəsilə həmvətənlərimizin Qarabağ probleminə baxışlarını təqdim etməkdir. Hər bir Azərbaycan vətəndaşı özünün Qarabağ problemi haqqında hesab etdiyi ən vacib bir neçə cümləni kameraya deyir. Bu sözlərdən ibarət iki dəqiqəlik video çarxlar internetdə yerləşdiriləcək. Bu video çarxlar vasitəsilə xalqımızın Qarabağa necə dəyər verdiyi, heç bir zaman onun itkisi ilə barışmayacağı və işğal altında olan torpaqlarımızı son qarışınadək qaytarmayanadək rahat olmayacağı bəyan edilir. Layihə həm yerli, həm də beynəlxalq auditoriya üçün nəzərdə tutulub. Sosial şəbəkələrlə yanaşı, bu video çarxların seansdan əvvəl kinoteatrlarda, televiziya kanallarında və digər yerlərdə nümayişi planlaşdırılır.
Xatırladaq ki, Milli Kino Günündə “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş “40-cı paraleldə” gənclər kinoalmanaxının təqdimatı keçiriləcək. Almanaxa rejissor Amil Məmiyevin “Qara bağ”, Zamin Məmmədovun “Onun atası”, Emin Mirabdullayevin “Postskriptum”, Emin Əfəndiyevin “Hədiyyə” qısametrajlı filmləri daxildir.
Baxış sayı: 1 709
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

