Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2022-ci ilin "Şuşa İli" elan edilməsi ilə əlaqədar Milli Kitabxananın əməkdaşları tərəfindən "Şuşa əl işləri" adlı virtual sərgi hazırlanıb. Şuşa xalqımızın varlığını özündə yaşadan tarixi, mədəniyyət abidələri, o cümlədən, sənətkarlıq nümunələri ilə də zəngindir. Dekorativ-tətbiqi incəsənətin bir növü olan bədii tikmələrin tarixi çox qədimdir.
Tikmə sənəti eyni zamanda zəngin naxış və koloriti ilə dekorativ - tətbiqi sənətimizin digər sahələri (xalça, metal, keramik və s.) ilə çox oxşarlıq yaradıb və milli sənət tariximizdə özünəməxsus yer tutur.
Azərbaycan tikmə sənətinin təsvir vasitəsi olduqca zəngin və rəngarəngdir. Buraya müxtəlif növ sap, parça, muncuq, pilək və digər bədii materiallar daxildir.
Təqdim olunan virtual sərgidə Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa şəhərində XIX əsr tikmə nümunələri, onların təsnifatı, əyani-vizual görüntüləri və qısa tarixi öz əksini tapıb.
Baxış sayı: 675
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha
BCAW2026 features roundtable on climate financing

