FACT-INFO.AZ » XƏBƏR » K.Abdullayev: Azərbaycanın multikulturalizm siyasəti dünya dövlətlərinə örnəkdir
1-07-2016, 09:15 | XƏBƏR
K.Abdullayev: Azərbaycanın multikulturalizm siyasəti dünya dövlətlərinə örnəkdir

İyunun 30-da Xalça Muzeyində milli azlıqların həyat və məişətindən söhbət açan “Vahid ailədə” adlı fotosərgi təqdim olunub və “Azərbaycanda yaşayan milli azlıqların mahnı və rəqs folkloru nümunələri” diskinin və fotokataloqunun Azərbaycan, ingilis, rus, fransız və alman dillərində təqdimatı keçirilib.
Sərginin açılışında mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək bildirib ki, sərgidə Azərbaycanda yaşayan müxtəlif xalqların adət-ənənələrini, həyat tərzini əks etdirən əsərlər nümayiş etdirilir. Nazir müavini vurğulayıb ki, Azərbaycanda müxtəlif ölkələrə və dillərə həmişə böyük diqqətlə yanaşırlar, artıq bütün dünya Bakıya mədəniyyətlərarası dialoq məkanı kimi baxır.
Ekspozisiyada ölkənin milli azlıqlarının – avarların, ləzgilərin, saxurların, rutulların, tat, rus, yəhudi və başqalarının həyatından fotoşəkillər nümayiş etdirilir. Elə həmin gün Xalça Muzeyində “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda “dəyirmi masa” olub. İclasda mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev, Milli Məclisin deputatları, milli icmaların nümayəndələri iştirak ediblər. İştirakçılara milli azlıqların folkloru haqqında “Azərbaycan, doğma diyar” videoçarxı nümayiş etdirilib.
Çıxış edənlər qeyd ediblər ki, Azərbaycanda bütün dinlərin nümayəndələri azad yaşayır, dinlərin və mədəniyyətlərin hamısına eyni münasibət bəslənilir.
K.Abdullayev vurğulayıb ki, müasir dövrdə Azərbaycanın multikulturalizm siyasəti dünya dövlətlərinə, o cümlədən bu sahədə zəngin təcrübəsi olan Qərb ölkələrinə örnəkdir. Bu gün inamla deyə bilərik ki, Azərbaycan multikulturalizmi ölkənin siyasi simasının əsas xüsusiyyətlərindən birinə çevrilib. Dövlət müşaviri deyib: “Azərbaycan multikulturalizminin siyasi banisi Heydər Əliyevin əsas arzularından biri məhz bu idi”.
Akademik bildirib ki, Prezident İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili” elan etməsi bir çox obyektiv amillərdən qaynaqlanır. Əsrlər boyu müxtəlif mədəniyyətlərin qovuşduğu məkan olan Azərbaycan dinlərarası və sivilizasiyalararası dialoqda aparıcı rol oynayıb, zəngin tarixi baza yaradıb. Ölkəmizdə dini və milli zəmində qarşıdurma heç vaxt olmayıb və indi də yoxdur. Azərbaycan cəmiyyətinə xas dözümlülük ölkədə unikal tolerant mühit yaradıb. Hazırda bu mühit bir örnək kimi beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. Nəhayət, Azərbaycanda multikulturalizm ənənələrinin inkişafı və möhkəmlənməsi üçün zəruri siyasi və iqtisadi şərait mövcuddur.




Baxış sayı: 1 611
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30