Bildirilib ki, Azərbaycanla Vyetnam arasında kifayət qədər uzunmüddətli diplomatik əlaqələr mövcuddur, yaxın vaxtlarda münasibətlərin 25 illiyi qeyd ediləcək. Ölkələrimiz arasında əməkdaşlığın daha da genişlənməsində QHT və KİV-in də üzərinə vəzifələr düşür.
Söhbət zamanı Vyetnam nümayəndələrinə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, doğma yurduna qayıda bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün, Xocalı soyqırımı ilə bağlı geniş məlumat verilib.
Vyetnamın QHT və KİV rəhbərləri Azərbaycana səfərdən, ölkəmizi yaxından tanımaq imkanından məmnun olduqlarını deyiblər. Onlar Azərbaycan QHT və KİV-i ilə əməkdaşlığın genişlənməsində maraqlı olduqlarını bildiriblər. Görüşdə Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqu və müxtəlif materiallar qonaqlara təqdim edilib.(AZƏRTAC)
Baxış sayı: 1 868
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

