FACT-INFO.AZ » XƏBƏR » "Prezident İlham Əliyev diaspor təşkilatlarının daha fəal olmasının vacibliyini vurğuladı"
4-06-2016, 10:50 | XƏBƏR
"Prezident İlham Əliyev diaspor təşkilatlarının daha fəal olmasının vacibliyini vurğuladı"

Fact-info.az  xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. O bildirib ki, Azərbaycan dövləti bu gün bir çox uğurlar qazanıb: "Xaricdə yaşayan azərbaycanlılar öz vətənlərinin qazandığı uğurlarla fəxr edə bilirlər. Cənab Prezident Azərbaycan ilə xaricdə olan Azərbaycan diasporu arasında münasibətlərə toxundu və bu münasibətlərin həmişə sıx, qarşılıqlı hörmət formasında olmasını vurğuladı. Bununla Azərbaycan diaspor təşkilatlarının daha fəal olmasının, onlar arasında birliyin olmasının, yaşadıqları ölkələrin mətbuatı ilə sıx əlaqədə olmasının, həmin ölkələrin ictimai-siyasi həyatında fəal iştirak etməsinin vacibliyi vurğulandı". 
A.Mirzəzadə qeyd edib ki, Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələyə də toxundu: "Cənab Prezident bir daha bildirdi ki, Azərbaycan ərazi bütövlüyü məsələsində heç kimə güzəştə getmək fikrində deyil və problemin həlli üzərində çox ciddi çalışır. Aprel döyüşlərində Ermənistan mifi dağıdıldı, Ermənistan ordusunun Azərbaycan ordusundan qat-qat zəif olduğu üzə çıxdı. Ermənistan həmişə olduğu kimi həm öz cəmiyyətinə, həm də dünya ictimaiyyətinə yalan satmaqla məşğul oldu. Cənab Prezident bir fakta da toxundu: Ermənistan prezidentinin Avrasiya İqtisadi Birliyinin Astanada keçirilən sammitindəki çıxışında auditoriyaya bir cümlədə dörd yalan danışdığını bildirdi. Cənab Prezident konkret faktlarla Ermənistanın qeyri-ciddi dövlət olduğunu, Ermənistan rəhbərliyinin yalan danışmaq üzrə artıq "Ginnesin Rekordlar Kitabı"na düşə biləcəyi məsələsini vurğuladı və bir daha göstərdi ki, Azərbaycan ərazi bütövlüyünü qorumaq əzmindədir və bunun üçün bütün vasitələrdən istifadə edəcək". 
Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin çıxışı çox böyük ruh yüksəkliyi ilə qarşılandı: "Bütün auditoriya cənab Prezidentin mövqeyini dəstəklədiyini ortaya qoydu". 
Qeyd edək ki, bu gün Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı öz işinə başlayıb. İki gün davam edəcək qurultaya 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq qatılıb. Qonaqlar arasında bir sıra xarici ölkələrin nüfuzlu siyasətçiləri, ictimai xadimləri, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri var. Qurultayın işində eyni zamanda, Azərbaycanın müxtəlif dövlət və hakimiyyət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət təmsilçilərindən ibarət 360 nəfərlik nümayəndə heyəti də iştirak edir. Tədbirin yekununda bir neçə sənədin qəbulu gözlənilir. Qurultay iyunun 4-də yekunlaşacaq. 
Xatırladaq ki, Dünya Azərbaycanlılarının I Qurultayı ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci il noyabrın 9-10-da Bakı şəhərində keçirilib. II Qurultay 5 il sonra Azərbaycan Prezidenti İlham Əliyevin 8 fevral 2006-cı il tarixli 1291 nömrəli sərəncamına əsasən 2006-cı il martın 16-da baş tutub. Dünya Azərbaycanlılarının III Qurultayı isə 2011-ci il iyulun 5-6-da Bakı şəhərində keçirilib.

 

 

 

 




Baxış sayı: 1 650
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30