"Report" xəbər verir ki, bu barədə Ermənistanın keçmiş prezidenti Robert Koçaryan "2rd.am" nəşrinə müsahibəsində söyləyib.
"İki ildən çoxdur qarşı tərəf gecə vaxtlarında bizə xeyli problem yaşadır. Bu da onların bütün zəruri vasitələrlə təchiz olunmasından irəli gəlir. Bəs bizə ordunu lazimi sayda gecəgörmə cihazları, termoqrafik kameralar, gecə nişangahları, rabitə vasitələri, mobil resurslar üçün fərdi qoruyucu avadanlıq ilə təchiz etməyə nə mane olurdu?", - deyə R.Koçaryan bildirib.
Ermənistanın sabiq prezidenti, həmçinin orduda komandir heyətinin döyüşü mobil telefonla idarə etdiyini vurğulayıb:
"Komandirin döyüşü mobil telefonla idarə etməsi, eyni zamanda, taqımın dayaq məntəqəsində gecəgörmə cihazlarının, zirehli jiletin olmaması anormaldır".
Baxış sayı: 1 686
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

