Forumda dünyanın 20 ölkəsindən olan türkoloqlar, Astanada qeydiyyatdan keçən beynəlxalq və diplomatik təşkilat və missiyaların nümayəndələri, ölkənin ziyalıları və elm adamları iştirak edirlər. Forumun iştirakçıları arasında türkoloq, “Planetin adamı” Oljas Süleymanov da var. “Böyük səhra” forumunda iştirak edən azərbaycanlı jurnalistlərin suallarını cavablandıran Oljas “Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının bağlanması barədə başlanan beynəlxalq hərəkəta necə baxırsınız” sulaına belə cavab verib: “Atom elektrik stansiyaları əslində keçmişdir. Ötən gündür. Bunu Avropa vaxtında hiss elədi. Və orada çox sayda atom elektrik stansiyaları bağlandı. Bunu Yaponiya da anlayır. Yaponiyada olan 57 atom elektrik stansiyasından bu gün 2 və ya 3-ü fəaliyyət göstərir. Belə fikirləşirəm ki, bəşəriyyət üçün təhlükə yaradan bu elektrik stansiyaları da bağlanacaq. O ki, qaldı Ermənistanın Metsamor atom elektrik stansiyasına, o ətraf mühit və dünya üçün təhlükə mənbəyidir. O elektrostansiya da bağlanmalıdır. Baxmayaraq ki, bu atom elektrik stansiyası təkcə Ermənistan üçün deyil, qonşu respublikalar üçün də təhlükə mənbəyidir”.
Baxış sayı: 1 833
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex
Turkmenbashi hosted 8th Consultative Meeting of Heads of State of Azerbaijan and Central Asia

