FACT-INFO.AZ » XƏBƏR » Paytaxtdan Paytaxta Zəfərin izi ilə - Cəsarət Hüseynzadə yazır
13-09-2021, 20:20 | XƏBƏR
Paytaxtdan Paytaxta Zəfərin izi ilə - Cəsarət Hüseynzadə yazır

Bu yol Azərbaycan Əsgərinin, Ali Baş Komandanın yoludur. İllərdir hər birimiz, gücümüz çatdığı qədərində, bütün varlığımız ilə bu yolun yolçularıyıq. Bəli, biz bu yoldayıq, amma hər yolun, hər bir məfkurənin bir rəhbəri var. Zəfər yolu məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun öz canları və qanları ilə çəkdiyi şərəf və qeyrət yoludur. Bu yol uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi önündə baş əyir, Azərbaycan Ordusu və Cənab Ali Baş Komandana sonsuz təşəkkürümüzü bildiririk.

Gözlənilən yolçuluq!

Var gücümüzlə babalarımızın yaşadığı torpaqlarda daha tez məskunlaşmalıyıq. Dövlət tərəfindən məhz bu istiqamətdə paralel işlər həyata keçirilməkdədir. Mina təmizləmə, tikinti-quruculuq və s. işlərlə paralel olaraq, işğaldan azad olunmuş ərazilərə səfərlər təşkil olunur. İslahatlar dalğasından sonra hökumətin müsbət addımlarından biri də, həyata keçirilən tədbirlərə kompleks yanaşma sərgiləməsidir.

Ötən dövrdə müxtəlif xarici və yerli siyasətçilərin, deputatların, yerli və xarici jurnalistlərin müxtəlif təşkilatların nümayəndələrinin və Şuşa sakinlərinin bu mədəniyyət ocağına səfərləri təşkil edilmişdir.

Bu çərçivədə sentyabrın 11 və 12-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü ilə 300-ə yaxın QHT nümayəndəsinin də Şuşa şəhərinə səfəri təşkil olundu.

Əslində Ağdam səfərində bu haqda məlumatımız var idi və yaxın müddətdə Şuşaya gedəcəyimizi bilirdik. Amma vaxt və zaman keçmək bilmirdi.

Vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrinin də səbirsizliklə və sevinclə gözlədiyi gün gəldi. İnsafən təşkilatçılar maksimum çalışmışdılar ki, daha çox QHT bu səfərdə təmsil olunsun. Bu səfərləri təşkil etmək (Xüsusən hazırda QHT Agentliyin indi-indi formalaşdığı dövrdə) kifayət qədər çətindir. Hamı getmək istəyir və hər bir şəxsinin mövqeyinə də dözümlü yanaşmaq vacibdir.

Yol uzundur, ona görə yox ki, məsafə uzaqdır, sadəcə daha tez çatmaq arzusu var hər bir şəxsin ürəyində. Hamı sakitdir, çünki vacib bir yerə, bir görüşə tələsir. QHT varsa, ictimai siyasi məsələlər də müzakirə olunur heç şübhəsiz. Amma sakit, ən çox 2-3 həmkarla.

Eyni mənzərə, eyni ağrı, eyni dərd və düşmənə qarşı artan nifrət

Yol boyu işğaldan azad olunmuş ərazilərdən keçirik. Eyni mənzərə, eyni ağrı, eyni dərd və düşmənə qarşı artan nifrət. Erməni deyərkən vəhşilik, qəddarlıq gəlir illərdir ağlımıza, düşüncəmizə. Amma illərdir ermənin bu vəhşiliyi, qəddarlığı insana, bir türkə qarşı etdiyini düşünmüşük. Sən demə düşündüyümüzdən də daha qəddar, daha vəhşi imiş bunlar. Təbiəti, torpağı, binanı, körpünü gözlə görünən hər şey alt-üst etməyə hazır imiş bu cəlladlar. Bütün bu ərazilərdə bu vəhşilikləri amansızcasına edib alçaqlar.

Arzuların və ümidlərin yeni müjdəsi

Füzulidən keçirik. Bu yaxınlarda açılışı olan möhtəşəm hava limanını görürük. Tikilən, ucaldılan hər bir bina, hər mərkəz, hava limanı arzuların və ümidlərin yeni müjdəçisidir. Biz bildiyimiz qədər çox vacibdir. Amma bilmədiyimiz qədər daha vacibdir. Atılan hər addımda ölkəmizin təhlükəsizliyinin qorunması üçün o qədər məqamlar var ki, onu bilmək üçün 44 günlük müharibənin necə ustalıqla aparılmasını bilmək lazımdır və yaxud inanmaq lazımdır.

Paytaxt Şuşa

Cənab Prezident Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etdi. Artıq Şuşa təkcə ölkəmizin deyil, bütün Azərbaycanın, dünyada yaşayan 50 milyondan çox azərbaycanlının paytaxtıdır.

Şuşa ötən dövrlərdə də paytaxt olub. Şuşa ürəklərin, elə Qarabağımızın da paytaxtı olub.

Şuşada olmaq çox qürurvericidir, amma insan çox qarışıq hisslər keçirir. Sevinc və kədər, qürur və məyusluq, sevgi və nifrət...

Onlarca bu tip qarışıq hisslər insanı rahat buraxmır. Şəhəri gəzdikcə Azərbaycan ordusunun gücü ilə qürurlanıb, öz şəhərimiz hansı cəsarətlə qaytardığına sevinib, sevgi ilə bu hissləri və hətta sevinc göz yaşlarını paylaşırsan.

Eyni zamanda mədəniyyət ocağına vurulan zərbələri görüb kədərlənirsən, Şuşada və digər ərazilərdə ermənilərin törətdiyi bu vəhşiliklərə görə dünyanın laqeydliyinə təəssüflənirsən və bütün bu sadaladığım, sadalamağa zamanın yetməyəcəyi faktlara görə, erməniyə və onun timsalında haqsızlığa qarşı kin və nifrət püskürürsən.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun çox böyük qəhrəmanlığı nəticəsində Şuşa işğaldan azad edilib. Şuşanın hər yerində bu qəhrəmanlığı və qüruru hiss edirsən.

Hesab edirəm bu qələbə bütün təmtərağı ilə Şuşanın hər tərəfini bəzəməlidir. Zaman keçdikcə Şuşa sakinləri ilə yanaşı şəhərə gələn qonaqlar bu əzəməti və qələbəni görməli və dünyaya ötürməlidirlər.

Səfər zamanı hər addımda Şuşada aparılan abadlıq və quruculuq işlərini hiss etdik. Şuşa artıq öz sakinlərinin və sahiblərinin nəfəsi ilə yaşayır, tarixi görkəmini saxlamaqla qurulur və yaxın zamanda ölkəmizin ən inkişaf etmiş guşəsinə çeviriləcək.

Müqəddəs torpaq, hava və çörək.

Şəhərə gələn sakinlər və qonaqlar hər biri o müqəddəs torpaqdan bir ovuc götürür. İllərlə Şuşa həsrəti ilə yaşayan, lakın ömrün vəfa etmədiyi, dünyasını dəyişdiyi şuşalılar üçün torpaqdan müqəddəs nə ola bilər? Şuşaya səfər edən şəxslərdən ən çox istənilən rica - Şuşa torpağıdır.

Bir övlad borcu, bir dost borcudur Şuşa torpağı.

Həmin borcu geniş anlamda Ali baş komadan İlham Əliyevin rəhbərliyi Azərbaycan Ordusu tariximizə qaytardı.

Şuşada olarkən gözəl Qarabağ havasını hiss edirsən. Şuşalılar heç şübhəsiz gözü bağlı bu hava ilə öz vətənlərini tanıyarlar.

Şuşaya səfər edib, evə qayıdarkən müqəddəs nemətdən – bərəkətdən yaxınlarına, dostlarına gətirmək istəyirsən. Tam səmimiyyətlə deyirəm ki, Şuşa çörəyi fərqli bir nemət idi. O, sahibkara çox təşəkkür edirəm ki, dedikləri kimi doğrudan da fərqli keyfiyyətdə çörək istehsal edirlər.

Şəhər nə qədər dağılsa da, laqeydliyə məruz qalsa, hər küçəsi ilə, hər döngəsi ilə tarixin canlı əfsanəsi olduğunu büruzə verir. Çox təəssüf ki, hər addımda da, işğal altında olduğu, baxımsız qaldığı acı bir xatirə kimi gözümüzün önündən getmir. 30 il bundan öncəsi görkəmindən də əsər-əlamət qalmayıb.

Amma dövlətimiz saatbasaat, günbəgün gözəlliyini, tarixini və müasirliyi bərpa etmək, qurmaq və yaratmaq üçün çalışır. Zəfər yolu ilə gedərkən, Şuşaya daxil olarkən bu bərpanın və quruculuğun sürətlə getdiyinə və qısa müddətdə yekunlaşacağına heç kimin şübhəsi qalmır.

Cıdır düzü

Cıdır düzü - adından da məlum olduğu kimi, tarixən Qarabağ xanlarının və bəylərinin cıdır yarışlarını keçirdiyi yer olmuşdur. Bundan başqa, Cıdır düzü şuşalılar üçün həm də, toplaşma, müxtəlif bayram və mərasimlərin keçirilmə yeri funksiyasını daşıyıb.

İndi Cıdır düzü həm də Xankəndində yaşayan ermənilər üçün ürəklərinə xəncər kimi sancılacaq üçrəngli bayrağın dalğalandığı bir yerdir.

Cəsarət Hüseynzadə

"İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai birliyinin sədri,

QHT.az saytının rəhbəri




Baxış sayı: 1 094
Azərbaycan əhalisinin sayı açıqlandı Bu gün, 17:00 Bakı-Tbilisi-Ərzurum kəməri ilə 7 ayda 13 milyard kubmetrdən çox qaz nəql edilib Bu gün, 17:00 “Əsas məqsədimiz İranın nüvə silahına malik olmasına yol verməməkdir” - Tramp Bu gün, 15:30 Azad edilmiş ərazilərdə daha 132 mina, 614 PHS aşkarlanıb Bu gün, 14:30 DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib Bu gün, 10:30 Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb Bu gün, 10:00 Tarixin yaddaşına işıq salan alim — Qafar Cəbiyev Bu gün, 09:30 Eşqin Abbasov – Qəhrəmanlıqla ucalan ömür Dünən, 18:00 Azərbaycan müəllimlərinin I Qurultayından 120 il ötür Dünən, 16:30 Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş virtual kolleksiya yaradılıb Dünən, 10:30 Kiyev ballistik raketlərlə vurulub, dağıntılar var Dünən, 09:00 Dövlət Departamenti 907-ci düzəlişin ləğvinin uzadılması barədə Konqresə bildiriş göndərib Dünən, 08:00 Qazaxıstanın Orta Dəhliz strategiyası Azərbaycan üzərindən Pakistan üçün yeni imkanlar yaradır 15-08-2026, 11:00 Türk dünyasının mədəni dialoqu: “Yol səni səslər” rus dilində 15-08-2026, 10:30 Azərbaycanın mədəni irsi Fransada keçirilən beynəlxalq folklor festivalında təqdim olunub 15-08-2026, 09:00 Türkiyə mediası: Antiterror əməliyyatları zonasından hərbi bazaların çıxarılması müzakirə mövzusu deyil 14-08-2026, 21:00 Quba rayonunda zəlzələ baş verib 14-08-2026, 21:00 Washington hosts event on “Cholpon-Ata Summit and Next Steps for Trans-Caspian Cooperation” 14-08-2026, 17:00 “Azərbaycanla münasibətlərin yeni səhifəsini birgə yazmağa hazırıq” - Səfir 14-08-2026, 16:00 Мировые медиа широко осветили заявления Президента Ильхама Алиева, сделанные в Нахчыване 14-08-2026, 14:00 Kəlbəcərdə minanın partlaması nəticəsində yaralanan şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır 14-08-2026, 11:30 Pakistan səfiri: Regionda sülhün təmin olunması üçün səylərimizi davam etdiririk 14-08-2026, 11:00 “Əfzələddin Xaqani Şirvani” adlı elektron məlumat bazası istifadəçilərə təqdim edilib 14-08-2026, 10:30 Xankəndi, Ağdərə və Xocalı ilə Rumıniyanın şəhərləri arasında əlaqələr qurulur 14-08-2026, 10:00 Xankəndi şəhərinə növbəti köç yola salınıb 14-08-2026, 08:00 Ailə arxivləri miqrasiya və demoqrafik proseslərin öyrənilməsi baxımından mühüm mənbədir 13-08-2026, 21:00 Kəlbəcərdə mina partlayıb, bir nəfər yaralanıb 13-08-2026, 19:00 Səhiyyə Nazirliyi və QHT Agentliyi QHT-lər üçün birgə infosessiya keçirib 13-08-2026, 17:00 Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb 13-08-2026, 17:00 President Ilham Aliyev was interviewed by Azerbaijan Television in Nakhchivan 13-08-2026, 15:00
Köşə yazarları
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31