İtaliyada COVID-19 xəstəliyi səbəbilə ortalama bir insan ömrünün 1-1.2 il aralığı azaldığı açıqlanıb.
525.az italyan mətbuatına istinadən xəbər verir ki, İtaliya Milli Statistika İnstitutunun (ISTAT) hesabatına görə, ölkə üzrə orta ömür müddəti 83,2 ildən 82 ilə düşüb. 2020-ci ildə gözlənilən ömür müddəti qadınlar üçün 84,4 il, kişilər üçün 79,7 il olaraq hesablanıb. Lakin 2019-cu ildə bu rəqəmlər qadınlar üçün 85,4, kişilər üçün 81,1 il olub.
Məlumatda qeyd edilir ki, koronavirus epidemiyasından ən çox təsirlənən bölgələrdə insan ömrünün azalması daha çoxdur. Pandemiyanın ilk aylarında ən çox yoluxma və ölüm hallarının müşahidə olunduğu şimal Lombardiya bölgəsindəki bəzi şəhərlərdə kişilərin ömrü 4.5 ilə, qadınların ömrü isə 3.2 ilə qədər azalıb.
Baxış sayı: 703
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

