FACT-INFO.AZ » CƏMİYYƏT » Milli intellektual mülkiyyətimizə vurulan zərbə
9-09-2021, 17:50 | CƏMİYYƏT
Milli intellektual mülkiyyətimizə vurulan zərbə

Lakin bu intellekt hər zaman təyinatı üzrə sərf olunmayıb. Tarixin müxtəlif dönəmlərində o cümlədən, 20-ci əsrdə ağlı-qaralı, uzun yol keçən bir millət nə qədər repressiyalara, vicdanlı, imanlı aydınların itkisinə məruz qalar? Kimin sifariş verməsindən asılı olmayaraq, bütün hallarda xalqımızın zəkalı, imanlı insanlarını aradan götürmək hədəflər sırasında olub. Düşmən qüvvələr tərəfindən çox düşünülmüş, məkrli planların tərkib hissəsi olan belə mənəvi terror aktları keçmiş Sovetlər birliyi dövründə törədilib.

Həmin totalitar rejim dövründə cəza aparatının üzvlərinin xeyli hissəsi ermənilər idi. Onların hədəfləri Azərbaycanın tanınmış simalarını sıradan çıxarmaq, millətin intellektual mülkiyyətini məhv etmək olub. Son illər bu mövzularla bağlı məntiqli və məntiqsiz formada xeyli yazılıb. Nəticə çıxarmaq isə oxucunun vəzifəsidir.

Gerçəkdən bir vətəndaş olaraq Azərbaycan tarixinin qaranlıq məqamlarını, qismən də olsa repressiya tarixini tədqiq etmək mənim istəyim olub. Bu tədqiqatlara media və QHT təmsilçisi olaraq vaxtilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin layihəsi çərçivəsində başlamışdım. Son dövrlər əlimiz layihələrdən üzüldüyünə görə, bu müqəddəs missiyanı layihədən kənar davam etdirməyi qərar verdim.

Bu gün təəssüf və məyusluq hissilə fikirləşirəm ki, Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbənin arxasında kimlər dayanıb? Əgər həmin dövrlərdə saysız-hesabsız Azərbaycan ziyalısı bu qədər mənəvi və fiziki işgəncələrə məruz qalıb repressiyalara düçar olmasaydı, millətin intellektual inkişaf səviyyəsi tamam fərqli olacaqdı.

Çox dəyərli tədqiqatçı Aslan Kənanın "XX əsrdə repressiyaya məruz qalanlar" kitabının elektron versiyasını diqqətlə oxudum. Kitabın müəllifini şəxsən tanımasam da, ona bu fədakar əməyinə, zəhmətkeş tədqiqatına görə təşəkkür edirəm.

"XX əsrdə repressiyaya məruz qalanlar" kitabı dövrün şəxsiyyətlərinin talelərindən bəhs edən dəyərli araşdırmalar toplusudur. Kitab XX əsrdə repressiyaya məruz qalmış insanların faciəli taleyindən bəhs olunur.

Mən üzərində çalışdığım "XX əsr Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbənin arxasında erməni izləri" geniş tədqiqat işində adını çəkdiyim şəxsiyyətlərin və digər insanların elmi araşdırmalarından mənbə kimi istifadə edirəm.

Azərbaycanın repressiya tarixini sakit şəkildə oxumaq, tədqiq etmək çətindir. Tacir ailəsində dünyaya göz açan Salman Mümtaz öz şüurlu həyatını, intellektini, hətta maddi resurslarını Azərbaycan elminə, ədəbiyyatına həsr etsə də, sonda görün, hansı aqibətlə üzləşir. Onu guya "Bakinskiy raboçi" qəzetində nəşr olunan məqalələrində "buraxdığı ideloji səhvlərini" əsas göstərərək pantürkizm və millətçilikdə ittiham edirlər. "Xalq düşməni" damğası vurulan Salman Mümtaz tutduğu vəzifələrdən azad edilir və 8 oktyabr 1937-ci ildə həbs olunaraq, ağır işgəncələrə məruz qalır. Həbs olunan zaman topladığı 270-ə yaxın əlyazma məhv edilir. Salman Mümtaz 10 il müddətinə azadlıqdan məhrum edilərək Rusiyanın Oryol vilayətinə sürgün olunur. 1941-ci ilin sentyabrında Oryol şəhəri yaxınlığında Medvedski meşəsində güllələnir.

Osman Mirzəyev "Ağ ləkələr" kitabında (Bakı, 1991) tarixin daha bir ləkəsinə toxunaraq yazırdı: "Salman Mümtazın qızı xatırlayır ki, atama ailəsi ilə 15 dəqiqəlik görüş verdilər. Həmin görüşdə atam danışırdı ki, professor Çobanzadə və Qubaydulinin yalanlara şahidlik edib üzümə durublar. Qubaydulinə çox yaxşılığı keçmiş Salman Mümtaz professoru məzəmmət edir. Qubaydulin ona sarı atılıb kədərli bir səslə "məcburam Salman, məcbur eləyirlər, bacarmıram" - deyir. Sonra nəzarətçilər professorun başına, ağzına təpiklə vuraraq, onu sürüyə-sürüyə aparırlar".

Tədqiqatçı Aslan Kənan “XX əsrdə repressiyaya məruz qalanlar” (Bakı–2011-ci il, səh. 10.) kitabında yazırdı: Əhməd Cavad ağır işgəncələrə, məşəqqətlərə dözə bilməyərək Daхili İşlər Komissarı Sumbatova ərizə ilə müraciət edir: ―…Proşu vaşeqo rasporojeniya uskorit sledstvie moyemu delu…‖. Artıq istintaqın dözülməz gedişatına tab gətirə bilməyən yazıçı müstəntiqin suallarına ―”doğru”, ―”düzgün” cavab verməyə razılıq verir.

Həmin dövrlərdə müstəntiqlərin məqsəd yalnız istintaq işini nəyin bahasına olur-olsun başa çatdırıb, məhkəməyə təqdim etmək idi. Bunun nəticəsi idi ki, məhkəmələrdə hər bir ―müttəhimə 15-20 dəqiqə müddətində hökm çıхarılırdı.Bu gün bəlkə də bir çoxları üçün belə mövzular maraqlı deyil. Ancaq qırıq-qırıq cümlələrdə bir çox hallarda həqiqətlər gizlənir. Bütün bunlar isə zövq almağa deyil, gerçəkliyə işıq salmağa xidmət edir. Dəyərli oxucular, aparılan araşdırmalarla bağlı cüzi məqamları diqqətinizə çatdırmağa cəhd etdim.

Əkrəm Bəydəmirli




Baxış sayı: 2 236
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30