Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən verilən məlumata görə, iclasda qurumun Nizamnaməsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla Agentliyin strukturu, işçilərinin say həddi və onların əməkhaqlarının məbləği təsdiq edilib.
Daha sonra Müşahidə Şurası tərəfindən yaradılmış İşə Qəbul Komissiyasının fəaliyyəti və müvafiq vəzifələrə işə qəbul qaydaları müzakirə edilib. Komissiyaya qısa müddət ərzində əməkdaşların işə qəbul edilməsi ilə bağlı müsahibələrin keçirilməsi tapşırılıb.
İclasda Agentliyin 2021-ci il üçün kiçik qrantlar müsabiqəsinin elan edilməsi ilə bağlı məsələ müzakirəyə çıxarılıb. Müşahidə Şurasının üzvlərinin təklifi ilə kiçik qrant müsabiqəsinin hazırlanması, habelə müsabiqə mövzularının müəyyənləşdirilməsi və digər texniki məsələlərlə bağlı işçi qrup yaradılıb.
Sonda QHT-lərin iştirakı ilə 2021-ci il kiçik qrantlar müsabiqəsinin mövzularının müzakirəsinin təşkil olunması qərara alınıb.
Baxış sayı: 822
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

