Dünyanın ən böyük ev tekstili istehsalçılarını, təchizatçılarını və dizaynerlərini bir araya gətirən “HEIMTEXTILE 2021” sərgisi sentyabrın 14-dən 16-dək Moskvadakı “EKSPOTSENTR”də keçiriləcək.
“Forum” pavilyonunun FC40 stendində, Azərbaycanda ən böyük əl işi xalça istehsalçısı olan “Azərxalça” ASC-nin fabriklərində hazırlanan xalçalar təqdim olunacaq. Sərgiyə gələnlər eksklüziv məhsullarla tanış ola, qədim Azərbaycan xalçaçılıq sənəti nümunələrini seyr edə bilər və istədikləri təqdirdə interyerin bənzərsiz predmetini ala bilərlər.
“Fabriklər Azərbaycanın bütün bölgələrində mövcuddur. Hər bir bölgədə onun istehsalçılarının riayət etməyə çalışdıqları öz xalçaçılıq ənənələri var. Bölgədən asılı olaraq xalçalar bəzək, sıxlıq, istifadə olunan materialların birləşməsi (pambıq, yun, ipək) və xovun hündürlüyü ilə fərqlənir. “Azərxalça” ASC həm ənənəvi Azərbaycan xalçaları, həm də məzmunlu xalçalar istehsal edir. Həmçinin sərgidə müasir interyerlərdə çox yaxşı görünən pastel rənglərindən istifadə etməklə hazırlanan yeni xalça kolleksiyası təqdim olunacaq. “Azərxalça” ASC öz missiyasını qədim Azərbaycan xalçaçılıq sənətinin qorunub saxlanılmasında, davam etdirilməsində və inkişaf etdirilməsində, Azərbaycan xalçalarının dünyada tanınmasında və yeni satış bazarlarının axtarılmasında, yeni nəsil xalça sənətçilərinin, toxucularının və texnoloqlarının yetişdirilməsində görür”, - deyə sərgi təşkilatçılarının mətbuata açıqlamasında qeyd olunur.
Baxış sayı: 939
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

