FACT-INFO.AZ » AKTUAL » Əhməd Tərabik: Azərbaycanın müharibədə Zəfəri İslam dünyasının qürur mənbəyidir
4-09-2021, 07:05 | AKTUAL
Əhməd Tərabik: Azərbaycanın müharibədə Zəfəri İslam dünyasının qürur mənbəyidir

Fact-info.az həmin müsahibəni təqdim edir.

-Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı sizin tədqiqatlarınızın əsas mövzularından biridir. Bu marağınızın səbəbini öyrənmək istərdik.

-Artıq həllini tapmış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi dünyadakı digər analoji problemlər kimi diqqəti çəkən mövzudur. Uzun illər Azərbaycanın haqlı tərəf olması beynəlxalq ictimaiyyət tərəfindən etiraf edilirdi, Ermənistanın işğalçı dövlət olması da hamıya məlum idi. Lakin ədalət öz yerini tapmırdı. Hətta bəzi dairələr işğalçı dövləti dəstəkləyir, yaxud onun beynəlxalq hüquqa etinasız münasibətinə göz yumurdular. Azərbaycanın Qarabağ üzərində hüquqlarını beynəlxalq sənədlərə uyğun olaraq tanıyanlar da işğala son qoymaq istiqamətində heç bir addım atmaq istəmirdilər. Təəssüflə qeyd etməliyəm ki, ədalətin arxa plana keçdiyi bir dünyada yalnız güclülər haqlı olur. Belə olan halda başqasının ərazisinə hücum məqsədi ilə deyil, öz torpaqlarını işğaldan azad etmək məqsədilə Azərbaycan dövləti də öz gücünü göstərməli oldu.

Azərbaycanın haqlı mübarizəsini dəstəkləməyim də məhz bir gün ədalətin öz yerini tutacağı ilə bağlı idi. Kitablarımda və məqalələrimdə ərəb dünyasını Ermənistanın işğalçı siyasəti və təcavüzə məruz qalan Azərbaycanın mövqeyini təbliğ etməyə çalışmışam. Düşünürəm ki, ədaləti dəstəkləmək hər bir vicdanlı ziyalının borcudur.

-Əvvəllər də Azərbaycana səfərləriniz olub. Maraqlıdır, bu dəfə azərbaycanlıların əhval-ruhiyyəsində hansı dəyişiklikləri gördünüz?

- Əlbəttə, bu səfərim tamamilə fərqli idi. Bundan əvvəl Azərbaycan vətəndaşları ilə söhbətlərdə müəyyən hüznlü, kədərli ifadələr, eyni zamanda, torpaqların azad olunacağına ümid kəlmələri eşidirdim. Oradakı dostlarım, alimlər mütləq bir müharibənin labüdlüyü və torpaqların azad olunmasının zəruriliyi barədə fikirlərini söyləyirdilər. Amma bu dəfə fərqli mənzərə ilə qarşılaşdım. Heydər Əliyev Beynəlxalq Aeroportuna endiyim dəqiqədən çöhrələrdə təbəssüm, xoşbəxtlik gördüm. Hər kəsin simasında milli Zəfərin sevinci hiss olunurdu.

Bizi Şuşaya aparan avtomobilin sürücüsünün sevincini sözlə ifadə etmək çətindir. Yolun ətrafındakı mənzərələrin fotoşəkilini çəkərkən gözlərində bir nəşə vardı. O bildirdi ki, əslən Ağdamdandır və 16 yaşında ikən gecənin qaranlığında öz doğma yurdunu tərk etmək məcburiyyətində qalıb. Əlavə etdi ki, 30 ilə yaxın torpaq həsrəti sona çatıb və yenidən öz dədə-baba yurdunu azad görmək onun üçün ən böyük səadətdir. Bunu eşitdikcə bir daha əmin oldum ki, Azərbaycan təkcə öz torpaqlarını azad etməyib, həm də İslam dünyasının qürurunu bərpa edib.

-Siz də Ermənistanın işğal etdiyi torpaqlarda məscidləri dağıtmasının və təhqir etməsinin əyani şahidi oldunuz. Bu barbarlığı ərəb ölkələrində daha geniş yaymaq istiqamətində səylərin daha da artırılması zəruridir. Sizcə, bunun üçün hansı işlər görülməlidir?

-Bu mühüm mövzu bir çox müzakirələrdə gündəmə gəldi. Hesab edirəm ki, Azərbaycanın ərəb ölkələrindəki dostları daha fəal olmalıdırlar. Burada bəzi məqamlar var. Birincisi, bis sıra ərəb ölkələrində geniş erməni diasporu var və onların üzvləri həmin ölkələrin vətəndaşıdırlar. Buradakı ermənilər yaxşı təşkilatlanıb, Türkiyə və Azərbaycan əleyhinə güclü təbliğat aparırlar. İkincisi, bəzi ərəb ölkələrində insanlar Azərbaycanın ədalətli mövqeyi ilə son zamanlar yaxından tanış olmağa başlayıblar. Bu amillərin fonunda ermənilərin İslam abidələrini və məscidləri dağıtmaları, təhqir etmələri ən təsirli təbliğat vasitəsidir.

Azərbaycandakı universitetlər və tədqiqat mərkəzləri başda olmaqla, müxtəlif qurumlar ərəb ölkələrinin tədqiqatçıları və jurnalistləri ilə daha sıx əməkdaşlıq etməlidir. Ərəbdilli tədqiqatçıların erməni yalanlarını ifşa edən kitablarının nəşri də dəstəklənməlidir. Mən öz tədqiqatlarım haqqında məlumatları AZƏRTAC vasitəsilə yaymağa çalışıram və ümid edirəm ki, Azərbaycanda bizim fəaliyyətimizi dəstəkləyən, əməkdaşlığa can atan qurumlarla daha fəal əməkdaşlıq edəcəyik.

-Azərbaycanın şanlı Qarabağ Zəfərinin İslam dünyası üçün əhəmiyyəti nədən ibarətdir?

-Bu Qələbə İslam aləmi üçün mühüm bir hadisədir, on illərdir Zəfər qazanmayan müsəlman aləmi üçün bir qürur mənbəyidir. Bu, İslam ölkələri xalqlarının haqqa və ədalətə olan ümidlərinin təzələnməsi deməkdir. Azərbaycan xalqı sübut etdi ki, hətta güclü himayədarları olan düşməni də məğlub etmək, onun üzərində inamlı Qələbə qazanmaq mümkündür. Yüz ilə yaxın bir müddətdə “məzlum xalq” cildinə girərək, əslində, barbarlıq və işğalçılıq siyasəti aparan erməni şovinistlərini darmadağın etmək böyük Zəfərdir. İndi onların məscidləri dağıtması, orada donuz saxlaması, həmçinin törədikləri vəhşi qırğınları, xüsusən Xocalı soyqırımını daha geniş yaymaq, erməni yalanlarını İslam aləmində daha çox ifşa etmək lazımdır.

-Tədqiqatçı olmaqla yanaşı, siz jurnalist kimi də fəaliyyət göstərirsiniz. Səfər zamanı hansı hadisələr daha çox diqqətinizi cəlb etdi?

-Qarabağa səfərim zamanı mətbuatda oxuduqlarımdan daha dəhşətli faktları kəşf etdim. Ermənilərin Xocalıda törətdikləri vəhşiliklər, Anadoluda dinc əhaliyə qarşı vəhşilikləri haqqında yetərincə məlumatlı idim. Lakin onların işğal etdikləri ərazilərdən çıxdığı zaman basdırdıqları minalar məni dəhşətə gətirdi. Ermənilərin azərbaycanlılara qarşı bu qədər kin və nifrət bəsləmələri, xüsusən məscidləri təhqir etmələri və müqəddəs ocaqlarda donuz saxlamaları qarşısında deyəcək söz tapa bilmədim. Dini dəyərlərə bu cür münasibət göstərən erməni zehniyyəti məndə ikrah hissi doğurdu. Bu, görünməmiş dəhşət və barbarlıqdır.

Eyni zamanda, “dəmir yumruğ”un cəmi 44 gün ərazində qəhrəmanlıq dastanı yazdığının şahidi oldum. Əslində, ermənilərin müharibədə acı məğlubiyyəti törədilən vəhşiliklər, dağıdılan şəhər və kəndlər, didərgin salınan insanların müqabilində onlara verilən ilahi bir cəzadır. Mən bu qənaəti Bakıdakı Hərbi Qənimətlər Parkında hasil etdim. Məhz burada Azərbaycan Ordusunun qüdrətinin şahidi oldum. Səfər zamanı şəhid ailələri ilə də görüşdüm. Canlarını Vətən uğrunda qurban vermiş bu gənclərin ailə üzvlərinin üzündə bir qürur hissi gördüm.

Bunlarla yanaşı, Azərbaycanda bir quruculuq, modernləşmə prosesinin də getdiyini gördüm. Dağıdılmış binalar, məscidlər və kilsələr, infrastruktur obyektləri sürətlə bərpa olunur. Qeyd edim ki, ermənilərdən fərqli olaraq, azərbaycanlılar qurucu, sülhsevər və tolerant xalqdır.

-Səfərdən sonra üzərində çalışacağınız yeni layihələr varmı?

-Mən Azərbaycan xalqının öz torpaqlarının işğalı ilə barışmayacağını bilirdim və bu barədə öz kitablarımda da yazmışam. İndi isə “Dəmir yumruq: 2020-ci ilin Qarabağ müharibəsi” kitabını bitirmişəm. Lakin Şuşaya və işğaldan azad edilmiş digər Azərbaycan şəhərlərinə səfərimdən sonra bu tədqiqatıma yeni faktlar əlavə edirəm. Gələcəkdə də Azərbaycanın inkişafı, rifahı və İslam dünyası üçün əhəmiyyəti haqqında yazmağa davam edəcəyəm.




Baxış sayı: 807
“İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Bu gün, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Bu gün, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Bu gün, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Bu gün, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Bu gün, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Bu gün, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Bu gün, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb Dünən, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub Dünən, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib Dünən, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir Dünən, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans Dünən, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram Dünən, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib Dünən, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib Dünən, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" Dünən, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub 16-10-2026, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib 16-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031