FACT-INFO.AZ » SİYASƏT » Rəşad Mahmudov : Bu gün tarixiliklə müasirliyin qovuşduğu mədəniyyət paytaxtı Şuşa qürur yerimizdir
3-09-2021, 13:35 | SİYASƏT
Rəşad Mahmudov : Bu gün tarixiliklə müasirliyin qovuşduğu mədəniyyət paytaxtı Şuşa qürur yerimizdir

Qəsbkarın ələ keçirdiyi Qarabağın, Şərqi Zəngəzurun hər daşı, qayası tək, Şuşa da uzun illər Azərbaycan ruhunu itirmədi. Bax, bu ruh, bu doğmalıq hesabına Vətən müharibəsinin son günlərində belə neçə-neçə əsgər və zabitimizin əfsanəvi qəhrəmanlığı, misilsiz şücaəti ilə bu müqəddəs şəhər yad, murdar nəfəslərdən təmizləndi. Prezident İlham Əliyev hələ savaşın şiddətlə getdiyi vaxt ordumuzun addım-addım Şuşaya doğru irəlilədiyini, bu yoldan heç vaxt, heç vədə geri çəkilməyəcəyini dedi və Türkiyə mətbuatına verdiyi müsahibələrin birində “Şuşa azad edilmədən bu əməliyyat tamamlanmış sayılmaz, yarımçıq qalar”, - söylədi.

Nəhayət, o əziz, unudulmaz tarixi günə qovuşduq. Dövlətimizin başçısı ötən il noyabrın 8-də xalqımızı Şuşanın işğaldan azad edilməsi münasibətilə təbrik edərək, belə bir müjdəni verməyini həyatında bəlkə də ən xoşbəxt günlərindən biri olduğunu diqqətə çatdırdı: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm.

İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!”

Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

Rəşad Mahmudov deyib: “Bu gün Şuşa yenə də işğaldan əvvəlki xoş çağlarını yaşayır, sevincli, fərəhli neçə-neçə sabahların ümidi ilə tikilir, qurulur, bütün dünyaya, beynəlxalq ictimaiyyətə Azərbaycanın maddi-mədəniyyət məbədgahı olduğunu göstərir. İyirmi səkkiz il ərzində başından duman-çən əskik olmayan bu mədəniyyət paytaxtımızda indi abadlıq- quruculuq, bərpa işləri getdikcə geniş vüsət alır, burada Üzeyir bəy Hacıbəylinin, Xurşidbanu Natəvanın və Bülbülün ev-muzeyləri, görkəmli şair Molla Pənah Vaqifin məqbərəsi kimi müqəddəs ocaqlar yenə də ziyarətgahlara dönür, erməni vandallarının qurbanına çevrilən tarixi, mədəni abidələrə yenidən “nəfəs” verilir, “Xarıbülbül” festivalı, Vaqif Poeziya Günləri kimi möhtəşəm mərasimlərə “evsahibliyi” edir”.

Rəşad Mahmudov açıqlamasında daha sonra bildirib ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın avqustun 29-da Şuşaya səfəri zamanı bunun bir daha şahidi olduq. Həmin gün “Otel və Konfrans Mərkəzi”nin təməlinin qoyulması, Xüsusi nümayəndəliyin yerləşəcəyi inzibati binada, Üzeyir Hacıbəylinin ev-muzeyində aparılacaq işlərin nəzərdən keçirilməsi, eyni zamanda, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin, Bülbülün ev-muzeyinin, dahi şair Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin və büstünün, həmçinin “Qarabağ” hotelinin açılışı mərasimlərinin reallaşması kimi təməlqoyma və açılış mərasimləri bu şəhərin tez bir zamanda tam bərpa olunacağından, sakinlərin öz dədə-baba ocaqlarında az vaxtdan sonra məskunlaşacaqlarından xəbər verirdi.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşaya səfərindən bir gün sonra- avqustun 30-da isə böyük şairimiz, dövlət xadimi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin önündə Vaqif Poeziya Günlərinin açılışı keçirildi. Bu tədbir ölkəmizin şanlı tarixinə əlamətdar, unudulmaz hadisə kimi yazıldı. Dövlətimizin başçısının mərasimdəki çıxışında vurğulandığı kimi, Ulu Öndərin iradəsi və qətiyyəti nəticəsində ucaldılan bu məqbərəyə yeni nəfəs, yeni ruh verilməklə Şuşanın Azərbaycan tarixi, əzəli-əbədi şəhəri olması öz təsdiqini tapdı. Bununla da dünyada heç vaxt haqq-ədalətin itmədiyi, bəzən bu yolda uzun illər mübarizə aparılsa da, sonda halal uğura, möhtəşəm qələbəyə nail olunduğu gerçəkləşdi.

Deputat sonda diqqətə çatdırıb ki, bu gün təkcə dünyada deyil, həm də Azərbaycanda mədəni irsinin yaşadılmasına böyük diqqət və qayğı göstərməklə nüfuzlu təşkilat kimi tanınan Heydər Əliyev Fondu Şuşada aparılan təmir-bərpa işlərində fəal iştirak edir. Erməni vandalizmi nəticəsində dağıdılaraq, bərbad hala salınan böyük şair Vaqifin məqbərəsinin yenidən dirçəldilməsində misilsiz xidmət göstərməsi də bunun bariz ifadəsidir.

Şuşa şəhəri az vaxtdan sonra burada reallaşacaq beynəlxalq mərasimlərə də ev sahibliyi etməsi ilə Azərbaycanın mədəniyyət paytaxtı kimi böyük nüfuz qazanacaq. Hələlik isə şəhər günbəgün dəyişir, tarixiliyini qorumaqla bərabər müasirləşir. Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya səfər çərçivəsində Şuşanın baş planının təqdim olunması da bu şəhərin daha möhtəşəm mənzərəyə sahib olacağından, təbii gözəlliyin insan əllərinin yaratdığı ecazkar fonla qovuşacağından xəbər verir.




Baxış sayı: 762
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30