BMTM-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Cənubi Qafqazda sülh və əməkdaşlığın perspektivləri” adlı yeni buraxılışda 2020-ci ilin payızında Ermənistanla Azərbaycan arasında baş vermiş 44 günlük müharibədən sonra iki ölkə arasında mümkün əməkdaşlıq imkanları nəzərdən keçirilib. Jurnalın yeni nömrəsində 5 məqalə, 2 şərh və 1 kitab icmalı yer alıb.
Müharibədən sonrakı əməkdaşlıq imkanları kontekstində Ermənistanın üzləşdiyi iqtisadi çətinliklər, Azərbaycanın bölgədə artan rolu və mövcud geosiyasi qarşıdurmalar, sülhməramlıların fəaliyyəti və müharibədən sonrakı dövrdə ortaya çıxan iqtisadi əməkdaşlıq imkanları təhlil olunub.
Jurnalda yer almış məqalələri aşağıdakı link vasitəsilə CSP-nin saytından ödənişsiz olaraq yükləmək mümkündür: https://cspjournal.az/new-issue
Jurnalın tam versiyasına aşağıdakı linkdən keçid edərək nəzər salmaq mümkündür.
Qeyd edək ki, CSP ildə 2 dəfə nəşr olunan, xarici siyasət və təhlükəsizlik mövzularını əhatə edən ingilisdilli akademik jurnaldır. Jurnal Cənubi Qafqaz regionunun qonşuluğuna təsir edən məsələlərə qlobal və regional perspektivdən nəzər salmaqla yanaşı, əsasən bölgənin beynəlxalq siyasətdəki roluna diqqət yetirir. Jurnalda fərqli sahələrin mütəxəssislərinin, həmçinin xarici ölkələrin ekspertlərinin fikirləri yer alır. CSP jurnalı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (AIR Center) tərəfindən Bakıda nəşr olunur.
Baxış sayı: 798
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

