FACT-INFO.AZ » XƏBƏR » Zəngəzur dəhlizinin həm avtomobil, həm də dəmir yolu olması zərurətdir - Könül Nurullayeva
24-08-2021, 09:35 | XƏBƏR
Zəngəzur dəhlizinin həm avtomobil, həm də dəmir yolu olması zərurətdir - Könül Nurullayeva

Bunu deputat Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, əsas məqsəd qısa vaxtda vətəndaşlarımızın öz doğma yurdlarına qayıtmasını təmin etməkdir:

"Bir neçə gün əvvəl Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı Qarabağda bərpa prosesinin kompleks şəkildə davam etdiyini gördük. Yarımstansiyanın fəaliyyətə başlaması, su elektrik stansiyasının tikintisi, Laçın rayonunda beynəlxalq hava limanının, iki tunelin təməlinin qoyulması, eləcə də digər infrastruktur layihələri icra edilməkdədir. 700 kilometrlik yolun çəkilişi prosesi, qışa qədər işin təqribən 80 faizinin icrası hərbi nöqteyi-nəzərdən bu bölgələrdə daha da möhkəmlənməyimizə imkan verəcək. Prezident İlham Əliyevin də söylədiyi kimi, qayıdış üçün bu gün bizə zaman lazımdır. 30 il ərzində ermənilərin viran qoyduğu, xarabalığa çevirdiyi ərazilərin bərpası təbii ki, vaxt tələb edən prosesdir. Müsbət məqam isə budur ki, həm Qarabağın, həm də Şərqi Zəngəzurun bərpası üçün Azərbaycan kifayət qədər maliyyə vəsaiti toplayıb. Əsas məqsəd qısa vaxtda vətəndaşlarımızın öz doğma yurdlarına qayıtmasını təmin etməkdir. Ən geci növbəti ilin əvvəlində tamamlanacaq və Zəngilan rayonunda 3 kəndi birləşdirən layihə ilkin təcrübə olacaq.

Bərpa prosesi həm də bölgədə dayanıqlı sülhə xidmət edir. Rəsmi Bakı Ermənistanla sülh müqaviləsinin imzalanmasının tərəfdarıdır. Hər iki tərəf bir-birinin ərazi bütövlüyünü tanımalı, sərhədlərin delimitasiyası prosesi də başlamalıdır. Ermənistan postmünaqişə dövründə pozucu fəaliyyətindən əl çəkməlidir. İşğal dövründə bu siyasətin bu ölkənin özü üçün hansı ağır nəticələrə səbəb olduğunu hər an xatırlamalıdır.

Kommunikasiyaların paralel açılması, Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası, yəni Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin edilməsi bütün tərəflərin maraqlarına cavab verir. Çünki Zəngəzur dəhlizi, eyni zamanda Ermənistanın dəmir yolu ilə həm İran, həm də Rusiya ilə əlaqə yaratmasına imkan verəcək. Bu, Ermənistan üçün fürsətdir.

Azərbaycan üçün yaranan imkanlara gəlincə, Zəngəzur dəhlizi BTQ-dan sonra ölkəmizlə Türkiyəni birləşdirəcək ikinci istiqamət olacaq. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə də dəmir yolu ilə birləşməsi isə xüsusilə strateji əhəmiyyət kəsb edir. Eyni zamanda Ermənistanın nəzarəti altında olan Qərbi Zəngəzurda avtomobil yolunun çəkilməsi də Azərbaycanın haqlı tələblərindən biridir. Dövlət başçımızın da söylədiyi kimi, Zəngəzur dəhlizinin tam fəaliyyəti üçün həm dəmir yolu, həm avtomobil yolu olmalıdır. Yəni bu nəqliyyat qovşağı bölgə ölkələri üçün də yeni fürsət olacaq. Sadəcə, Ermənistan rəhbərliyi hazırkı prosesi və təklif olunan əməkdaşlıq təkliflərini düzgün dəyərləndirməlidir".




Baxış sayı: 669
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30