FACT-INFO.AZ » SİYASƏT » Cənubi Qafqazda gedən müsbət dəyişikliklərə beynəlxalq ictimaiyyət öz töhfəsini verməlidir
24-08-2021, 08:10 | SİYASƏT
Cənubi Qafqazda gedən müsbət dəyişikliklərə beynəlxalq ictimaiyyət öz töhfəsini verməlidir

Ermənistanın kapitulyasiya aktına imza atmasından artıq 9 ay keçir, bu ayrlar ərzində azad olunmuş əraizlərdə elə bir yer qalmayıb ki, orada bərpa və quruculuqla bağlı işlər aparılmasın.

"Füzuli" Beynəlxalq hava limanınında artıq radiotexniki vasitələrin hazırlığı yoxlanılır. 30 ilə yaxın işğal dövründə Füzulidə bir ağac belə əkməyən ermənilər indi orada hava limanının inşasına həsədlə baxırlar...

“Füzuli” Beynəlxalq hava limanınında radiotexniki vasitələrin hazırlığı yoxlanılır (FOTO/VİDEO) Qarabağda inşası sürətlə davam etdirilən "Ağıllı kənd", "Ağıllı şəhər, Laçında və Zəngilanda hava limanları, düz yollar, abadlaşdırılan tarixi, dini abidələr və yüzlərlə digər təyinatlı obyektlər Azərbaycanın iqtisadi gücünün göstəricisidir. Bunu səciyyələndirən əsas amil isə ölkədə aparılan düzgün iqtisadi siyasətdir ki, bu gün həmin kurs öz bəhrəsini verir. Dünyanın pandemiyanın fəsadları ilə mübarizə apardığı bir vaxtda Azərbaycan bu genişlikdə quruculuq işləri aparır, Qarabağı qarış-qarış bərpa edir.

Dünya birliyi, erməni havadarları, çox zaman Azərbaycan həqiqətlərinə, haqq səsinə məhəl qoymayanlar 30 illik işğal dövründə erməni vəhşilyini görməzdən gəldilər, Azərbaycana qarşı qərarlar qəbul etdilər. İndi gəlib görsünlər ki, Azərbaycan Qarabağı necə cənnətə çevirir, Azərbaycan Prezidenti regionda necə sülhü bərqərar edir.

Azərbaycana səfər edən diplomatik korpus nüməyəndələri bu reallıqları öz gözləri ilə görür - bir tərəfdə Ermənistanın xarabazara çevirdiyi Qarabağ, bir tərəfdə də Azərbaycanın sürətlə bərpa etdiyi Qarabağ.

Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq Komitəsinin sabiq sədri Səccad Kərim "BBC" radiosuna müsahibəsində Azərbaycana səfərindən danışarkən bildirib ki, hazırda Cənubi Qafqaz bölgəsində gedən müsbət dəyişikliklərə beynəlxalq ictimaiyyət öz töhfəsini verməlidir. Britaniyalı siyasətçi Ermənistanın işğalından azad edilmiş Azərbaycan ərazilərində böyük dağıntıların, ətraf mühit problemlərinin olduğuna, Zəngilan ərazisindən keçən Oxçuçayın zəhərli tullantılarla çirkləndirildiyinə, belə problemlərin qlobal ekoloji proseslərə təsirinə diqqəti cəlb edib.

Bəli, beynəlxalq ictimaiyyət bu işlərə öz töhfəsini verməlidir, amma bu töhfə olsa da, olmasa da, Azərbaycan öz quruculuq işlərini sürətlə yerinə yetirəcək, hər bir vətəndaşının öz doğma torpaqlarına qayıtmasını təmin edəcək. Azərbaycanlıların doğma torpaqları isə yalnız azad olunmuş ərazilərlə sərhədlərnmir, Basarkeçər, Arazdəyən də azərbaycanlıların doğma, tarixi dədə-baba torpaqlarıdır. Oradan da azərbaycanlılar zorla qovulub, o ərazilərə də qayıtmaq bizim doğma haqqımızdır.

Politoloq İlyas Hüseynov Trend-ə açıqlamasında bildirib ki, Azərbaycan ərazisində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması ölkəmizin qarşısında yeni prioritetləri müəyyənləşdirdi. Bu, həm tarixə, eyni zamanda, gələcəyə əsaslanır. Göyçə mahalında və Qərbi Zəngəzurda vətəndaşlarımızın yaşaması tarixi ədalətə söykənməklə yanaşı, həm də vətəndaşlarımızın tam hüququdur. Ümumiyyətlə, həmin torpaqlar bizim tarixi, dədə-baba torpaqlarımızdır. Bu ərazilər üzərindəki hüquqlarımızı da bərpa etməliyik. Çünki bizim vətəndaşlar təkcə Zəngəzur mahalından yox, Göyçə mahalından da zorla qovulublar və onların tam haqqı var ki, gedib öz dədə-baba torpaqlarında yaşasınlar.(Trend.az)




Baxış sayı: 704
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30