Bu fikri Ukraynanın Dövlət Müstəqilliyinin 30 illiyi münasibətilə bağlı “Ukrinform” informasiya agentliyinə açıqlamasında Azərbaycanın bu ölkədəki səfiri Elmira Axundova söyləyib.
Səfir bildirib ki, hər şeydən əvvəl hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin qorunması, pandemiya ilə mübarizə, ekologiya, nəqliyyat, mədəni irsin qorunması, hərbi-texniki əməkdaşlıq prioritet fəaliyyətimizdir. Ölkələrimizin qarşılıqlı faydalı coğrafi mövqeyi, Xəzər və Qara dəniz hövzəsi ölkələri arasında və ondan kənarda güclü iqtisadi və nəqliyyat əlaqəsinin qurulmasına, nanotexnologiya sahəsində əməkdaşlığın inkişafına və əlbəttə ki, GUAM çərçivəsində səmərəli fəaliyyətə öz töhfəsini verir.
Elmira Axundovanın sözlərinə görə, Azərbaycanın xarici investisiyaların cəlb edilməsi, bölgələrin sosial-iqtisadi inkişafı üçün orta müddətli proqramların yaradılması, siyasi sabitliyi təmin edilməsi və güclü mərkəzləşdirilmiş hökumət yaradılması milli iqtisadiyyatın davamlı inkişafı, ölkənin ərazi bütövlüyünü və suverenliyini təmin etmək üçün vahid bir fikir ətrafında milli konsolidasiyanın yaradılması, çoxmədəniyyətli, tolerant bir dövlətin qurulması, güclü ordunun formalaşdırılması və digər bu kimi sahələrdə əldə etdiyi təcrübə Ukrayna dövlətinin güclənməsi üçün faydalı ola bilər.
Məqalədə, həmçinin mövzu ilə bağlı Türkiyə, Çin, ABŞ, Almaniya, Fransa, Yaponiya, Litva və digər ölkələrin Ukraynadakı səfirlərinin də fikirləri yer alıb.
Xatırladaq ki, avqustun 24-ü Ukraynanın dövlət müstəqilliyinin 30 illiyi qeyd olunacaq. Bayram tədbirlərində Milli Məclisin Sədrinin müavini Adil Əliyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də iştirak edəcək.
Baxış sayı: 706
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

