FACT-INFO.AZ » SİYASƏT » Mariya Zaxarova: Qarabağla bağlı üçtərəfli razılaşmaların həyata keçirilməsi Rusiyanın xarici siyasətinin qeyd-şərtsiz prioritetidir
20-08-2021, 09:30 | SİYASƏT
Mariya Zaxarova: Qarabağla bağlı üçtərəfli razılaşmaların həyata keçirilməsi Rusiyanın xarici siyasətinin qeyd-şərtsiz prioritetidir

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib. O deyib ki, Bakı və İrəvanla ən yüksək və yüksək səviyyədə təmaslar mütəmadi olaraq həyata keçirilir.

“Yay dövründə Rusiya Prezidentinin iyulun 7-də Ermənistanın baş naziri ilə, 20-də isə Azərbaycan Prezidenti ilə görüşləri keçirilib. Xarici siyasət, müdafiə və sərhəd idarələri xətti ilə lazımi iş aparılır. Əlbəttə ki, səfirliyimiz fəal işləyir”, - deyə M.Zaxarova əlavə edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi vurğulayıb ki, tərəflər məsələləri müzakirə edir və qərarlar verilir. "Bildiyiniz kimi, təhlükəsizlik məsələləri də daxil olmaqla, xüsusi həssaslıq nəzərə alınmaqla, bəzi məsələlərin müzakirəsinin təfərrüatları heç də hər zaman ictimaiyyətə açıqlanmır. Çünki, bu, davamlı nəticəyə nail olunmasına həqiqətən də mane ola bilər", - deyə diplomat bildirib.

M.Zaxarova həm Bakıda, həm də Yerevanda, ümumilikdə, tərəflərin təmas xətti və Laçın dəhlizi boyunca Qarabağda yerləşdirilən Rusiyanın sülhməramlı kontingentinin, Rusiyanın sabitləşdirici rolunu yüksək qiymətləndirdiklərini qeyd edib. "Sülhməramlılarımızın ərazidəki hərəkətləri sayəsində bölgədəki vəziyyət əhəmiyyətli dərəcədə yaxşılaşıb və nisbətən sakit olaraq qalır. Evlərinə qayıdan qaçqınlarla bağlı məlumatlar mütəmadi olaraq ölkəmizin Müdafiə Nazirliyinin saytında yerləşdirilir. Ayrı-ayrı hadisələrin işçi qaydada operativ şəkildə həllinə nail olunur. Onların ortaya çıxmasının səbəbi, heç şübhəsiz, Bakı ilə Yerevan arasındakı münasibətlərdə etimadın çatışmazlığıdır.

Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin hərtərəfli yaxşılaşmasının tərəfdarıdır və əlbəttə ki, biz bu mövqeyi, o cümlədən ən yüksək və yüksək səviyyədə Bakıya və Yerevana çatdırırıq. Hər iki tərəfi humanitar sahədə mövcud olan qarşılıqlı qıcıqlandırıcı amilləri ən qısa zamanda aradan qaldırmağa, "hər kəsi hər kəsə" formul üzrə hərbi əsirləri və tam həcmdə mina sahələrinin xəritələrini dəyişməyə çağırırıq", - deyə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.

M.Zaxarova ölkəsinin mövqeyini bir daha diqqətə çatdırıb ki, uzunmüddətli həlli yolu sərhədin demarkasiyası və delimitasiyası üzrə danışıqların başlanmasıdır. "Biz bu prosesə lazımi məsləhət yardımı göstərməyə hazırıq", - deyə o əlavə edib.

“Rusiya, Azərbaycan və Ermənistanın baş nazirləri müavinlərinin həmsədr olduğu üçtərəfli işçi qrupuna gəldikdə, çox güman ki, artıq gördüyünüz kimi, onun avqustun 17-də fəaliyyətini bərpa etdiyi barədə məlumatlar dərc edilmişdi. İclas Moskvada keçirilib, müvafiq məlumatlar Rusiya Federasiyası Hökumətinin saytında yerləşdirilib. Biz məmnuniyyətlə qeyd edirik ki, tərəflər Cənubi Qafqazda təsərrüfat və nəqliyyat əlaqələrinin açılmasına yanaşmaların praktiki müzakirəsinə qayıtmağa nail oldular", - deyə diplomat sözünü yekunlaşdırıb.




Baxış sayı: 691
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30