FACT-INFO.AZ » SİYASƏT » Prezident İlham Əliyevin “CNN Türk”ə müsahibəsi Ermənistana və havadarlarına ciddi xəbərdarlıq idi
18-08-2021, 09:05 | SİYASƏT
Prezident İlham Əliyevin “CNN Türk”ə müsahibəsi Ermənistana və havadarlarına ciddi xəbərdarlıq idi

Ötən il noyabr ayının 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında birgə hərbi əməliyyatların dayandırılması və sülh prosesinin təmin olunması, gücləndirilməsi üçün bir sıra tədbirlərin həyata keçirilməsini nəzərdə tutan Bəyanat imzalanıb. Bu Bəyanatla Ermənistan kapitulyasiya etdi, eyni zamanda, sülhyaratma missiyası ilə bağlı Rusiya da müəyyən öhdəliklər götürdü. Lakin bu gün Azərbaycan üzərinə düşən vəzifələri yerinə yetirdiyi halda Ermənistan havadarlarına güvənməklə məsuliyyətini tam yerinə yetirmir. Ermənistan həm 10 noyabr, həm də 11 yanvar bəyanatlarının maddələrinə sadiqlik nümayiş etdirmir, özünü revanşist tərəf kimi aparır.

Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

O bildirib ki, Prezident İlham Əliyevin “CNN Türk” televiziya kanalına müsahibəsi Ermənistana və havadarlarına ciddi xəbərdarlıq idi: “Ermənistanın 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlaması sonda onun kapitulyasiyası ilə nəticələndi. 44 günlük Vətən müharibəsindən sonra isə revanşizm niyyətləri 60-dan artıq erməni terrorçusunun əsir götürülməsi ilə başa çatdı. Yəni, Ermənistan anlamalıdır ki, Azərbaycan hər nə qədər sülh tərəfdarı olsa da, müharibəyə də, təxribatların qarşısını almağa da hazırdır. Prezident İlham Əliyevin “CNN Türk”ə müsahibəsi zamanı Ermənistanın təxribat xarakterli addımları, Qarabağda baş verən proseslər barədə diqqətə çatdırdığı məlumatlar da Azərbaycanın bölgəyə nəzarətinin nə qədər yüksək səviyyədə olduğunu isbatladı. Ermənistan başa düşməlidir ki, Azərbaycan bütün keçid və ərazilərə nəzarət edir. Həm Ermənistanın, həm Rusiya sülhməramlılarının, həm də İrandan gələn maşınların hərəkətlərini izləyir, fəaliyyətləri barədə ətraflı məlumata sahibdir. Ona görə də, Ermənistan təxribatlar deyil, Azərbaycanın təklif etdiyi sülh müqaviləsi haqqında düşünməlidir”.

“Prezident İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsi ilə bir daha Azərbaycanın sülh, əməkdaşlıq və tərəfdaşlıq mövqeyində olduğunu nümayiş etdirdi”, – deyən Sədaqət Vəliyeva əlavə edib ki, Azərbaycan Prezidenti böyük diplomatik nəzakət və humanistlik göstərərək Ermənistana sülh təklif edir: “Əslində, Azərbaycan bir qalib dövlət olaraq Ermənistanı sülhə məcbur etmək üçün fərqli yollara da əl ata bilər. Hətta, Azərbaycanın bir neçə dəfə imkanı da var idi ki, yenidən “Dəmir yumruğunu” işə salsın. Amma Azərbaycan səbir edir, praqmatik dövlət olaraq addımlar atır, düşmənin, havadarlarının təxribatlarına baxmayaraq, bütün dünyaya sülh, əməkdaşlıq niyyətini göstərir. Əlbəttə ki, Ermənistan da bu fürsətdən istifadə etməlidir. Çünki Azərbaycanın sülh təklifi daimi, əbədi olaraq masa üzərində qalmaq üçün deyil. Ermənistan və havadarları da bilir ki, Qarabağla bağlı məsələnin “hərbi həlli yoxdur” tezisi işə yaramır. Azərbaycan artıq bunu sübut edib. Bir sözlə, Azərbaycan qalib dövlət olaraq sülh əlini uzadıb. Artıq seçim Ermənistanındır. Ermənistan rəhbərliyi Azərbaycanın sülh əlini tutsa, bölgəyə sabitlik gələcək. Yox, yenə də təxribatlara əl atsa, o zaman “Dəmir yumruq” işə düşəcək”.




Baxış sayı: 845
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30