FACT-INFO.AZ » İQTİSADİYYAT » Məcburi köçkünlər üçün evlər yalnız azad edilmiş ərazilərdə inşa olunacaq
12-08-2021, 07:30 | İQTİSADİYYAT
Məcburi köçkünlər üçün evlər yalnız azad edilmiş ərazilərdə inşa olunacaq

Bu, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin açıqlamasında deyilir:

Qeyd edilir ki, avqustun 11-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi aparatının rəhbəri Eldar Zeynalov Ağdam rayonundan məcburi köçkün, Bakı şəhərinin Suraxanı rayonunda müvəqqəti qeydiyyatda olan Əliyeva Mahirə Firidun qızını onlayn qaydada qəbul edib.

"Vətəndaş M.Əliyevanın müraciəti Bakı şəhərinin Xətai rayonundakı göz xəstəxanasının inzibati binasında - yarımçıq tikilidə müvəqqəti məskunlaşmış oğlu Quliyev İlkin Mətləb oğlunun ailəsinin mənzillə təmin edilməsi barədə olub. Müraciətə cavab olaraq, Quliyev İlkin Mətləb oğlunun ailəsinin Ağdam rayonunun Quzanlı qəsəbəsində inşa edilmiş 50 mənzilli yeni binada üçotaqlı mənzilə köçürülməsi təklif edilib. Lakin ailə Dövlət Komitəsinin təklifini qəbul etməyib.

Onlayn qəbuldan sonra, saat 13-14 radələrində gənc bir qadın beş azyaşlı uşaqla Dövlət Komitəsinin inzibati binasındakı “Qəbul otağı”na gələrək, özü haqqında heç bir məlumat vermədən “bu uşaqlara baxa bilmirəm, götürün, uşaq evinə verin”, - deyərək komitə əməkdaşlarının çağırışlarına məhəl qoymadan binanı tərk edib. Komitənin əməkdaşları dərhal hadisə barədə rəhbərliyə məlumat veriblər. Uşaqlarla söhbət zamanı ailənin faktiki yaşayış ünvanı müəyyənləşdirilib və yalnız bu zaman aydın olub ki, onlar vətəndaş M.Əliyevanın oğlu İlkinin övladlarıdır. Valideynləri müəyyənləşdirildikdən sonra uşaqlar öz ailəsinə təhvil verilib.

Uşaqları komitənin binasında qoyub gedən Quliyeva Səbinə Arif qızı özü Ağdam rayonunun işğal altına düşməyən Paşabəyli kəndində, valideynlərinə məxsus evdə daimi qeydiyyatdadır və məcburi köçkün deyildir. O, Quliyev İlkin Mətləb oğlu ilə 2013-cü ildə ailə qurub və bu nikahdan 5 övladı var".

Dövlət Komitəsi bildirir ki, Bakı şəhərinin Xətai rayonundakı göz xəstəxanasının inzibati binasında - yarımçıq tikilidə 191 məcburi köçkün ailəsi müvəqqəti məskunlaşıb və onların işğaldan azad edilmiş ərazilərdə yeni yaşayış sahəsi – ev və ya mənzillə təmin olunması nəzərdə tutulub. Bununla yanaşı, Dövlət Komitəsi İlkin və Səbinə Quliyevlərin ailə vəziyyətini, yaşayış şəraitini nəzərə alır və onlara öz doğma rayonlarında üçotaqlı, tam təmirli mənzilə köçməyi təklif edir:

"Dövlət Komitəsi bir daha məcburi köçkünlərin nəzərinə çatdırır ki, onlar üçün yeni yaşayış sahələri yalnız işğaldan azad edilmiş ərazilərdə inşa olunacaqdır. Mərhələli qaydada həyata keçiriləcək qayıdış zamanı ən ağır vəziyyətdə yaşayan məcburi köçkünlər yeni yaşayış sahələri ilə, ilk növbədə, təmin olunacaqlar".




Baxış sayı: 700
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30