FACT-INFO.AZ » SİYASƏT » Politoloq: Beynəlxalq təşkilatların hesabatları sübut edir ki, Ermənistan bəşəri dəyərlərə zidd siyasət yürüdür
11-08-2021, 09:50 | SİYASƏT
Politoloq: Beynəlxalq təşkilatların hesabatları sübut edir ki, Ermənistan bəşəri dəyərlərə zidd siyasət yürüdür

Bu gün Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul olunur. Eyni zamanda, dövlətimizin başçısının dünyada siyasi nüfuzu və çəkisi getdikcə artır. Bundan əlavə, ölkə daxilində müxtəlif siyasi partiyalar üçün bərabər və eyni imkanlar platforması təqdim olunur. Bunun əyani sübutudur ki, Azərbaycan hakimiyyəti geniş siyasi dialoq təşəbbüsü başlatdı. Ölkəmizdə sosial, iqtisadi, mədəni, ictimai-siyasi sahədə aparılan islahatlar bəhrəsini verir. Xüsusilə çoxpartiyalı sistemin inkişafı, iqtidarla müxalifət arasında qarşılıqlı anlaşma şəraitində keçən dialoq prosesi, dövlətimizin başçısının əlamətdar günlərdə partiya liderlərini təbrik etməsi, Qarabağ məsələsində 43 siyasi partiyanın bəyanat verərək orduya və Ali Baş Komandana dəstək verməsi ictimaiyyət tərəfindən də təqdirlə qarşılandı. Hakimiyyətlə müxalif siyasi qüvvələr arasında dövlətin milli təməl prinsiplərinin rəhbər tutulması barədə razılıq əldə olundu, partiyaların dini, etnik, irqi ayrı-seçkiliyə yol verməməsinin vacibliyininin əhəmiyyəti də hər zaman prioritet tutulur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Şəbnəm Həsənova ifadə edib.

Politoloq deyib ki, bütün bunların əksinə olaraq, son dərəcə aqressiv, insan hüquq və azadlıqlarının görməzdən gəlinməsi prosesi Ermənistanda daha kritik bir vəziyyət alıb. Ermənistanda demokratiya, söz və mətbuat azadlığı, insanların şikayət etmək hüquqları faktiki olaraq əllərindən alınır. Hakimlər təzyiq və şantaja məruz qalır, jurnalistlər, müxalifət fəalları və siyasi opponentlər hakimiyyət tərəfindən təqib və həbs olunur.

2018-ci ildə qurulan komanda özündən əvvəl hakimiyyətdə olan insanlardan tamamilə fərqli siyasi xətt tutacağı vədini verib, demokratikləşmə aparacağını bildirsə də, onun hakimiyyəti illərində biz əvvəlki illərdə hökm sürən tendensiyanın daha da kəskinləşdiyini müşahidə etdik. Korrupsiyaya qarşı mübarizə adı altında özlərindən əvvəlki siyasətçilərin təqib və həbs olunması, özlərinin isə qeyri-leqal əməllərinin çirkabında boğulması demokratiya pərdəsi altında gizlənənlərin iç üzünü ortaya çıxardı.

Ş.Həsənova diqqətə çatdırıb ki, Azərbaycanın Qələbəsi Ermənistan cəmiyyətində mənəvi-psixoloji sarsıntı yaratmaqla bərabər, bu ölkəni dərin demoqrafik, sosial və iqtisadi böhranla üz-üzə qoydu. Ermənistanın Azərbaycana məğlubiyyəti, COVID-19 pandemiyasının özü ilə bərabər gətirdiyi çətinliklərdən xilas olmaqda çətinlik çəkməsi ölkə daxilindəki bütün boşluqları aşkara çıxartdı. Məlum oldu ki, bu ölkədə insan hüquq və əsas azadlıqları sahəsində olan acınacaqlı vəziyyət son dərəcə kritik həddə çatıb. Ermənistanda, sadəcə, siyasi deyil, ictimai münasibətlər də ən aşağı səviyyədədir. Burada ən mühüm məsələ ondan ibarətdir ki, Ermənistanın bu cür siyasəti beynəlxalq aləm tərəfindən də mənfi qarşılanır. Belə ki, əksər vaxtlarda Ermənistanda insan hüquq və azadlıqlarının pozulmasını görməzdən gələn dairələr artıq bunu etiraf etməyə başlayıblar. Sözügedən məsələ ABŞ Dövlət Departamentinin, Avropa İttifaqının, həmçinin beynəlxalq insan hüquqlarının müdafiəsi ilə məşğul olan çoxsaylı qeyri-hökumət təşkilatlarının hesabatlarında da əksini tapır. Belə ki, ölkədə ifadə azadlığının və sərbəst toplaşmaq hüquqlarının daha da məhdudlaşdırılmasını, əlillərə qarşı və gender əsaslı zorakılığın artmasını, korrupsiya hallarının geniş vüsət almasını, şəffaflığın boğulmasını, polis tərəfindən insanlara qarşı zor tətbiqinin artmasını və cəzaçəkmə müəssisələrinin acınacaqlı vəziyyətinin kritikləşməsini bu hesabatlarda görmək olur. Nümunə olaraq “Freedom House” tərəfindən nəşr edilən 2020-ci il üzrə “Nations in Transit” hesabatına nəzər salaq. Hesabata əsasən, Ermənistan 100 ballıq şkala üzrə 33 ballıq nəticə ilə yarıgücləndirilmiş avtoritar rejimdir, ölkədə siyasət yüksək dərəcədə qütbləşib, hakimiyyətin müstəqil idarə olunmalı qolu hesab edilən məhkəmə sistemi isə qeyri-müstəqildir. Məhz bunun nəticəsidir ki, insanların məhkəmə sisteminə inamı yoxdur. “Freedom House” tərəfindən nəşr edilən 2021-ci il Dünya Azadlıq Hesabatında isə Ermənistan “qismən azad” dövlətlər sırasına yerləşdirilib. Hökumətin siyasətinin insanların siyasi hüquqları və mülki azadlıqları ilə bağlı davam edən problemlərə görə qeyri-sabit olduğu da hesabatda öz əksini tapıb.

“ABŞ Dövlət Departamentinin qiymətləndirməsində əksini tapan məsələlər isə bu ölkədə insan hüquqları sahəsində problemlərə işgəncə, səbəbsiz azadlıqdan məhrumetmə, cəzaçəkmə müəssisələrinin pis vəziyyətdə olması, insan alveri, vətəndaşların şəxsi həyatına müdaxilə, müstəqil məhkəmə sisteminin yetərsizliyi, zorakılıq və zorakılıq qorxusu yaradan və mülki əhaliyə zərər vermək məqsədilə törədilmiş cinayətlər, uşaq əməyinin ən pis formasının mövcud olmasıdır”, - deyən politoloq vurğulayıb ki, bu gün Ermənistanda inkişafına daha çox ehtiyac duyulan sahələr ayrı-seçkiliyin və nifrət nitqinin qarşısının alınması, gender bərabərliyi və gender əsaslı zorakılıqdan müdafiə, işgəncə və pis rəftar, azadlıqdan məhrum etməzdən öncəki məhkəmə prosedurlarının tənzimlənməsidir ki, məhz bu amillər də Avropa İttifaqının 2020-ci il üzrə insan hüquqları və demokratiya hesabatında yer alıb.

Bu ölkədə medianın fəaliyyətinə də ya süni əngəllər yaradılır, ya da onların müstəqil fəaliyyəti tamamilə məhdudlaşdırılır, jurnalistlərə qarşı təqib halları və zorakılıq müşahidə olunur. Belə ki, 2020-ci ilin ikinci yarısında İfadə Azadlığını Müdafiə Komitəsinin (CPFE) jurnalistlərə qarşı zorakılıq nəticəsində 6 xəsarət faktı barədə məlumat verib. Bununla yanaşı, CPFE-nin məlumatlarına əsasən, 2021-ci ilin birinci yarısında jurnalistlərə qarşı zorakılıq halları artaraq 7 hadisə və 8 xəsarətlə nəticələnib.

Bütün bunlarla yanaşı, Ermənistan antihumanizm siyasətini öz siyasətində prioritet tutan, monoetnik bir ölkədir. 2020-ci ildən etibarən ölkədə antisemit əhval-ruhiyyənin artımı müşahidə olunur. Belə ki, təkcə ötən il Yerevanda Holokost və soyqırımı abidəsi iki dəfə vandalizmə məruz qalıb.

“2019-2021-ci illər ərzində insan hüquqları və azadlıqlarını əsas tutan beynəlxalq qeyri-hökumət təşkilatlarının hazırladıqları hesabatlar bir daha onu deməyə əsas verir ki, Ermənistan nə qədər aqressiv, bəşəri dəyərlərə zidd siyasət yürüdür”, - deyə politoloq qeyd edib.




Baxış sayı: 685
“İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Bu gün, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Bu gün, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Bu gün, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Bu gün, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Bu gün, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Bu gün, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Bu gün, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb Dünən, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub Dünən, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib Dünən, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir Dünən, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans Dünən, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram Dünən, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib Dünən, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib Dünən, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" Dünən, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub 16-10-2026, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib 16-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031