Fact-info.az-ın məlumatına görə, bunu Trend-ə "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.
Onun sözlərinə görə, Özbəkistan 2019-cu ildə mövcud və tikilməkdə olan dəmir yollarının əsasında nəqliyyat-logistika layihəsinə təşəbbüs göstərmişdi:
"Bu layihə Çin, Qırğızıstan, Özbəkistan, Türkmənistanın Xəzər dənizinə, Azərbaycan, Gürcüstan və Türkiyəyə çıxmaqla dəmir yollarının birləşdirilməsini nəzərdə tutur. Bu logistika marşrutu çox vacibdir, belə ki, Özbəkistan-Türkmənistan dəmiryolları və nəqliyyat əlaqəsi sistemi bu layihənin tərkib hissəsidir. Bu baxımdan bizim üçün vacibdir ki, Türkmənbaşı-Ələt maşrutu inkişaf etsin və yeni iştirakçılar cəlb olunsun".
İ.Vəlizadə vurğulayıb ki, bu marşrutlar Cənubi Qafqazın kommunikasiya sistemləri il uyğunlaşdırılmalıdır:
"Bundan başqa, Zəngəzur dəhlizinin açılması Özbəkistanla Xəzər və Qara dəniz ölkələri arasında nəqliyyat əlaqəsinin inkişafı üçün əlavə stimul ola bilər".
Qeyd edək ki, ötən gün Özbəkistan və Türkmənistan prezidentləri nəqliyyat-logistika infrastrukturunun inkişafı, Cənubi Qafqaz dəhlizləri vasitəsilə yeni bazarlara çıxış imkanlarını müzakirə ediblər.
Baxış sayı: 768
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

