Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Ordusunun şəxsi heyətinin sağlamlığının qorunması istiqamətində məqsədyönlü tədbirlər davam etdirilir. Hərbi hissələrdə müasir standartlara cavab verən tibbi infrastrukturun yaradılması istiqamətində müvafiq fəaliyyətlər həyata keçirilir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Kəlbəcər rayonu ərazisində əsaslı təmir edilmiş hərbi hospitala baxış keçirib.
Əraziyə baxış zamanı müdafiə nazirinə məruzə edilib ki, müasir tibbi avadanlıqla təchiz olunan hospitalda hərbi qulluqçuların müalicəsi üçün hər cür şərait yaradılıb. Qeyd olunub ki, hərbi hospitalda cərrahi-əməliyyat bloku, qəbul-diaqnostika, terapiya, cərrahiyyə, infeksion xəstəliklər, tibbi-təchizat, laboratoriya, anesteziologiya və intensiv terapiya bölmələri, həmçinin yeməkxana zalı, rentgen və stomatoloji kabinetlər mövcuddur.
Sonra nazir Laçın rayonu ərazisində müasir avadanlıqla təchiz edilmiş hərbi tibb məntəqəsinə gələrək burada yaradılan şəraitlə tanış olub.
Sonda müdafiə naziri tibb xidmətinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq göstərişlər verib.
Baxış sayı: 841
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

