Fact-info.az xəbər verir ki, bağlanış mərasimində çıxış edən Medianın İnkişaf Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov təlimlərin hazırki şəraitdə böyük praktik əhəmiyyət daşıdığını bildirib. O, bundan sonra da bu məzmunda keçiriləcək təlimlərə Medianın İnkişafı Agentliyinin dəstək verəcəyini vurğulayıb.
Qeyd edək ki, proqram çərçivəsində “Əl-Cəzirə” Media Şəbəkəsinin heyəti tərəfindən Azərbaycan Media nümayəndələri üçün “Jurnalistlər üçün Risk Təhlili və Əməliyyat Planlaşdırılması”, “Xəbər toplamaqda riskin qiymətləndirilməsi”, “Ballistik təhlükə”, Şəxsi təhlükəsizlik”, “Zərərçəkənlərin qiymətləndirilməsi”, “Nümayiş və İctimai Qarışıqlıq”, “Minalar və əldə hazırlanmış partlayıcı qurğular haqqında məlumat”, “Yara və qanaxmanın idarə olunması”, “Səyahət Təhlükəsizliyi”, “Hava Hücumu və dron haqqında məlumat”, “Bədəndə yaranmış qırıq hallarının idarə olunması”, “Yanğının idarə olunması”, “Qaçırılma və Xüsusi risklər”, “Praktiki və Təlim Reviziyası”, “Planlaşdırma və Risk qiymətləndirmə Testi”, “Yekun Praktiki Ssenari test” mövzularında təlimlər keçirilib. Təlim zamanı real praktik misallardan istifadə edilməklə, iştirakçılara müvafiq mövzularla bağlı məlumatlar verilib.
Təlim proqramının sonunda müxtəlif media subyektlərindən olan 19 nümayəndəyə sertifikatlar təqdim edilib.
Baxış sayı: 726
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

