FACT-INFO.AZ » SİYASƏT » “Paşinyan İranda yenə təxribat axtarışındadır”
5-08-2021, 14:30 | SİYASƏT
“Paşinyan İranda yenə təxribat axtarışındadır”

“Ermənistan baş naziri Nikol Paşinyan vəzifəsini rəsmiləşdirdikdən sonra ilk xarici səfərini İrana reallaşdırır. Doğrudur, bu özəl səfər deyil, Paşinyan İbrahim Rəisinin andiçmə mərasiminə qatılır. Ancaq Paşinyan İrandakı mərasimə başqa vəzifəli şəxsi də göndərə bilərdi. Paşinyan İbrahim Rəisinin andiçmə mərasiminə şəxsən qatılmaqla bu ölkə ilə münasibətlərə verdiyi əhəmiyyəti ortaya qoyub.

Nikol Paşinyan sonuncu dəfə İranda rəsmi səfərdə 2019-cu ilin fevralında olmuşdu. Bu, Paşinyanın baş nazir vəzifəsində İrana ilk rəsmi səfəri idi. Paşinyan həmin səfərə hakimiyyətə gəldiyi ilk gündən hazırlaşırdı. Səfərdən əvvəl İranın Ermənistandakı səfirliyinin ticarət müşaviri bildirmişdi ki, 1991-ci ildən, yəni Ermənistanın müstəqilliyini qazandığı ildən bəri iki ölkə arasında ticarət mübadiləsində ən yüksək göstərici məhz Paşinyanın ilk hakimiyyət dövründə qeydə alınmışdı. Söhbət 364 milyon dollarlıq ticarət mübadiəsindən gedirdi. Əslində rəqəm böyük deyildi, ancaq faktın özü maraqlıydı ki, bu, iki ölkə arasındakı əməkdaşlıqda ən yüksək göstərici sayılır. Təsadüfi deyil ki, Nikol Paşinyan 2018-ci ildə baş nazir kürsüsündə xarici siyasətlə bağlı ilk geniş nitqində İranın adını Rusiyadan çox çəkmişdi.

Nikol Paşinyan İranla iqtisadi əməkdaşlığı genişləndirmək və birgə regional layihələri reallaşdırmağı arzulayırdı. Alınmadı, verilən vədlər həyata vəsiqə qazanmadı. Paşinyanın İrana həmin səfəri qalmaqalla yadda qaldı. Paşinyan Tehranda “Ararat” idman-sağlamlıq mərkəzində erməni icmasının nümayəndələri ilə görüşərək arxa planda “Dağlıq Qarabağ Respublikasının bayrağı” və “Qarabağ Ermənistanındır” şüarı asılmış selfisini yaydı. Rəsmi Bakı Tehranda bu toplantıya aydınlıq gətirməsini tələb etdi. Çünki həmin zalda açıq-aşkar Azərbaycana və İran-Azərbaycan əməkdaşlığına qarşı təxribat həyata keçirilmişdi. İrandan qeyri-rəsmi kanallarla xəbər yayıldı ki, “Qarabağ Ermənistandır” şüarını zalda qaldıran şəxslər saxlanılıb və onlar sorğu-sual ediliblər. Bunu yoxlamaq çətin olsa da, hər halda Tehranda anladılar ki, İran ermənilərinin Paşinyanın selfisi ilə birgə həyata keçirdiyi təxribat İranın özünün əleyhinə işlədi. Nikol Paşinyan Tehrandakı çıxışında bunları demişdi: “Mən Dağlıq Qarabağın əvəzinə danışa bilmərəm, Bakı birbaşa Qarabağ erməniləri ilə danışıqlar aparmalıdır. İlham Əliyevlə danışıqlardan nəticə yoxdur. Vasitəçilər mənə “hansı güzəştlərə hazırsınız” sualını ünvanlayanda onlardan soruşuram ki, Azərbaycan hansı güzəştlərə hazırdır? Biz o zaman bu suala cavab verəcəyik ki, birinci bu suala Azərbaycan cavab versin. Kimsə düşünürsə ki, Qarabağ problemini güc yolu ilə həll etmək olar, kökündən yanılır. Bunu deyən anlamalıdır ki, qarşısında təkcə Etmənistanı yox, bütün dünya ermənilərini görəcək”.

Bu açıqlamadan təxminən il yarım sonra Azərbaycan müharibədə qələbə çaldı və Nikol Paşinyanın Tehrandakı çıxışının mənasız olduğu aydınlaşdı.Nikol Paşinyan bu dəfə Tehranda geniş nitq söyləməyəcək, andiçmədə iştirak edib və İran rəsmiləri ilə görüşüb geri qayıdacaq. Paşinyanla görüşəcək İbrahim Rəisi praqmatik siyasətçidirsə, Qarabağ məsələsinin Azərbaycanın xeyrinə bitdiyini anlamalı, ermənilərin İran üzərindən təxribatlarının qarşısını almalı və yeni xarici işlər nazirinə tapşırmalıdır ki, İranın Ermənistandakı səfiri qeyri-diplomatik hərəkətlər etməsin”.




Baxış sayı: 734
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30