İordaniyalı jurnalist Cəbrayıl rayonunda ermənilərin məhv etdiyi binalar və meşələrdən yazıb. O vurğulayıb ki, əcnəbi jurnalistləri müşayiət edən Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi işğaldan azad edilmiş rayonlarda bərpa-quruculuq işlərinə başlanıldığı, ərazilərin minalardan təmizlənməsindən sonra məcburi köçkünlərin doğma evlərinə qayıdacaqlarını bildirib.
Məqalədə ermənilərin qəbiristanlıqları, mədəniyyət və tarixi-dini abidələri, məscidləri viran qoyduğu diqqətə çatdırılıb. Müəllif qeyd edib ki, işğalçı Ermənistandan fərqli olaraq, Azərbaycan bütün dünyada tolerantlıq və dözümlülük ölkəsi kimi tanınır. Burada yaşayan 40-dan çox etnik qrupların nümayəndələri arasında mehriban münasibətlər mövcuddur.
İordaniyalı jurnalist Füzuli-Cəbrayıl avtomobil yolunun tikintisi, bu ərazinin minalardan təmizlənməsindən də bəhs edib. O qeyd edib ki, layihənin rəhbəri yolun tikintisini həyata keçirmək üçün 20 gün müddətində 12 kvadratkilometr ərazinin ermənilərin basdırdıqları minalardan təmizlənməli olduğunu deyib.
Baxış sayı: 596
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

