FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Nəsimi poeziyası” kitabının onlayn formatda təqdimatı keçirilib
4-08-2021, 10:05 | MƏDƏNİYYƏT
“Nəsimi poeziyası” kitabının onlayn formatda təqdimatı keçirilib

Bu barədə AZƏRTAC-a Azərbaycanın Argentinadakı səfirliyindən bildirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən səfir Rəşad Aslanov yüz illərdir ki, çox geniş bir ərazidə – Balkan yarımadasından Hindistana və ərəb ölkələrinə qədər bir şair, mütəfəkkir və arif kimi tanınan Nəsimi yaradıcılığının diqqət mərkəzində olduğunu və bədii irsinin XIX yüzillikdən etibarən dönə-dönə nəşr edildiyini, haqqında müxtəlif yönümlü tədqiqat işləri yazıldığını deyib. Bu xüsusda, ispan dilinə tərcümə olunaraq çap edilmiş “Nəsimi poeziyası” kitabının ispandilli məkanda bu qüdrətli söz ustadının əsərləri ilə tanış olmaq fürsəti yaradacağını söyləyib edib.

Daha sonra çıxış edən filologiya üzrə fəlsəfə doktoru, Nəsimişünas alim Səadət Şıxıyeva Nəsimi yaradıcılığının Azərbaycan üçün əhəmiyyəti, şairin ədəbi irsinin Şərq miqyasında şöhrəti və əhəmiyyəti, eləcə də Nəsiminin təlqin etdiyi ümumbəşəri dəyərlər barəsində danışıb. S.Şıxıyeva Nəsiminin yaradıcılığında maddi aləmlə qeyb aləmini əlaqələndirən, bu dünya və o dünya arasında üçüncü aləm olan insanın yerini müəyyənləşdirən bir üçlü anlayış (“can”, “cahan” və “canan”) və bu üçlüyün münasibətinin ön planda olduğunu vurğulayıb. Nəsimiyə görə, insanın cisminin kainatda baş verən dəyişiklikləri özündə əks etdirdiyini, bu fəlsəfi baxışların da “hər nə yerdə, göydə var, adəmdə var” misrası ilə ifadə etdiyini əlavə edib.

Uruqvayın Katolik Universitetinin Humanitar Elmlər Departamentinin Ərəb və İslam araşdırmaları kafedrasının direktoru Susana Manqana klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Nəsiminin yaradıcılığında hürufi görüşlərin xüsusi yer tutduğunu bildirərək, hürufi təriqəti haqqında məlumat verib. Nəsimi yaradıcılığının mərkəz mövzusunun “kamil, mükəmməl insan” olduğunu bildirən S.Manqana şair üçün ayrı-seçkilik konsepsiyalarının qəbuledilməz olduğu, insanın intellekti, mənəvi dəyərləri və daxili aləminin zənginliyinin qabardıldığını deyib.

Tədbirin sonunda Azərbaycan əsilli Britaniya sənətçisi Sami Yusifin “Şur” muğamının çalarları ilə ərsəyə gətirdiyi “Nəsimi” kompozisiyası iştirakçılara təqdim edilib.




Baxış sayı: 770
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30