FACT-INFO.AZ » SİYASƏT » Azad olunmuş Azərbaycan ərazilərində 30 il ərzində yer üzündən silinmiş bir məkan gördüm - Fransalı deputat
2-08-2021, 18:15 | SİYASƏT
Azad olunmuş Azərbaycan ərazilərində 30 il ərzində yer üzündən silinmiş bir məkan gördüm - Fransalı deputat

Fact-info.az həmin müsahibəni təqdim edir:

- Azərbaycana budəfəki səfərinizin məqsədini bilmək istərdik.

- Məqsəd problemlərin kökünü öyrənmək, Fransadan çox uzaq bir məsafədə baş verən hadisələri, Ermənistan-Azərbaycan münaqişəsinin tarixini araşdırmaqdan ibarətdir. Bundan başqa Fransada jurnalistlər, mətbuat orqanları və heç də hər şeydən xəbərdar olmayan siyasətçilər tərəfindən az işıqlandırılanları öz gözlərinlə görmək, hesab edirəm ki, daha əsasdır.

Məqsəd ondan ibarətdir ki, bir siyasi xadim kimi sahib olduğumuz informasiyaların mənşəyini araşdıraraq, Azərbaycan haqqında yekun bir məlumatımız olsun. Daha sonra bu məqsədlə Ermənistana səfər etmək lazım gələcək.

- Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəriniz sizdə hansı təəssüratları oyatdı?

- Sizə iki təəssürat haqqında danışacağam. Deputat olmamışdan əvvəl jurnalist kimi fəaliyyət göstərmişəm. Cəmi dörd ildir ki, Fransa Milli Assambleyasının üzvüyəm və otuz il jurnalist olaraq çalışmışam. On il ərzində, Uqanda, Liberiya, Şri-Lanka və digər yerlərdəki münaqişələri, vətəndaş müharibələrini işıqlandırmışam. Mən xeyli sayda dağıntılar görmüşəm. Çox sayda xaraba şəhərlər, tərk edilmiş evlər görmüşəm. Burada isə (işğaldan azad olunmuş Azərbaycan ərazilərində) otuz il ərzində yer üzündən silinmiş bir məkan gördüm. Bura artıq nə insanlar üçün, nə də digər canlılar üçün yaşayış yeri deyil, yer üzündən (xəritədən) silinmiş bir ərazidir. Burada məni təsirləndirən dağntılar deyil, daha çox, yerlə-yeksan edilmiş məzarlar və qəbiristanlıqlar oldu. Çünki yüzminlərlə məcburi köçkünün beynində daim onların bu torpaqlarda dəfn etdikləri baba-nənələri canlanır. Əslində, bu, bütün məcburi köçkünlər və bütün qaçqınların problemidir. Mən bir çox müharibə bölgələrindəki qaçqın düşərgələrində böyük bir humanitar təşkilat olan "Medecins sans Forntières" təşkilati ilə birlikdə çalışmışam. Bu, beynəlxalq miqyaslı bir problemdir. Hesab edirəm ki, köçkün düşmüş insanlar sülh əldə olunmayana qədər müharibənin doğurduğu problemləri heç vaxt tənzimləyə bilməyəcəklər.

Onu da qeyd edim ki. Azərbaycandakı köçkünlər və qaçqınlar hətta diplomatik münasibətlərdə də təmsil olunurlar. Azərbaycan elə bir dövlətdir ki, öz köçkün və qaçqınları üçün hər şey edir. Ancaq bizdə (Fansada) belə deyil. Belə ki, Azərbaycanda elə bir siyasət aparılır ki, burada köçkün və qaçqınlar tədricən millət vəkili, mühəndis və idarəetmə orqanalrında nüfuzlu şəxslər olurlar. Həqiqətən, mən buna heyranam. Azərbaycanda qaçqın və məcburi köçkünlər kənarda saxlanılmır, onlara kömək olunur və bu insanlar sonda ölkənin gələcəyini müəyyən edən şəxslərdən olurlar. Hesab edirəm ki, bu, möhtəşəmdir və Fransa üçün üzərində işləmək niyyətində olduğum məsələlərdən biridir. Çünki Fransada əcnəbilərlə buradakı kimi rəftar olunmur.

- Fransa-Azərbaycan parlamentlərarası əlaqələrinin perspektivlərini necə dəyərləndirirsiniz?

- Hazırda Fransa ilə Azərbaycan arasında diplomatik çətinliklər var, amma problem nədir? Daha çox müzakirəyə, daha çox mədəniyyətlərarası tədbirlərin keçirilməsinə və beləliklə bir-birimizi tanımağa ehtiyacımız var. Buna görə də düşünürəm ki, parlament üzvlərinin ən ümdə rolu maarifləndirməkdən ibarətdir. Fransaya qayıdan kimi, deputat olaraq təmsil etdiyim şəhərdəki şirkətlərə təkliflər ünvanlayaraq Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə mümkün qədər əlaqələr qurmağa dəvət edəcəyəm. Bu əlaqələri genişləndirməliyik və budəfəki səfərimizin məqsədi də budur. İkitərəfli əlaqələrimiz daha da gücləndirilməli və zəngin olmalıdır.




Baxış sayı: 738
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30