FACT-INFO.AZ » AKTUAL » Rafiq Quliyev: “Postmüharibə dövründə Azərbaycan ziyalılarının aktivliyi artmalıdır”
2-08-2021, 07:00 | AKTUAL
Rafiq Quliyev: “Postmüharibə dövründə Azərbaycan ziyalılarının aktivliyi artmalıdır”

Fact-info.az saytına tanınmış rəssam, heykəltaraş, sənətşünas Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Elmi -Metodiki və İxtisasartırma Mərkəzinin bölmə müdiri Rafiq Quliyev bu məqamlarla bağlı fikirlərini açıqlayıb:

-Rafiq müəllim, bu gün Azərbaycanın ədalətli mövqeyini dünyaya çatdırmaq və informasiya müharibəsində effektli nəticələri artırmaq üçün nəyi etmək zəruri olar?

-Ümumiyyətlə, Azərbaycanın ədalətli mövqeyini dünyaya çatdırmaq üçün son dövrlər xeyli işlər görülüb. Rəsmi qurumlar tərəfindən bu sahədə ciddi addımlar atılır. Mənim fikrimcə, dövlət qurumları ilə bərabər diaspora təşkilatları, müxtəlif sənət adamları, ictimai təşkilatlar və digər qurumlar, ümumilikdə bu işə dəstək göstərmək imkanında olan hər bir vətəndaş Azərbaycan həqiqətlərininin dünyaya çatdırılmasına dəstək olmalıdır. Heç şübhəsiz Heydər Əliyev Fondu Azərbaycanın təbliğatı məsələsində böyük işlər görür. Mənim qənaətimcə, bu məsələ daha dinamik və peşəkar səviyyədə genişlənməlidir.

-Azərbaycan həqiqətləri ilə bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılmasında müxtəlif xarici dillərdə kitabların çapı məsələsini sizin fikrinizcə qənaətbəxş hesab etmək olarmı?

- Azərbaycan torpaqlarında məskunlaşan ermənilər 200 ilə yaxındır xalqımıza qarşı hər zaman düşmənçilik siyasəti aparıblar. Onlar bizim tarixi torpaqlarımızda məskunlaşaraq çox iyrənc əməllərlərlə məşğul olublar. Hər zaman Azərbaycanın əleyhinə saxta təbliğat aparıblar. Saxta kitablarla bütün Avropanın kitabxanalarını doldurublar. Biz isə təcavüzə, böyük saxtakarlıqlara məruz qalan xalq olaraq həqiqəti deməliyik, yazmalıyıq, tədqiqatlar aparmalıyıq. Ona görə də kitab çapı məsələsi çox zəruri məsələdir.

-Rafiq müəllim, yaradıcılıq sahəsində kifayət qədər aktiv insansınız. Həmçinin cəmiyyətdə gedən prosesləri izləyirsiniz. Bu barədə fikirləriniz necədir?

-Onu qeyd edim ki, ölkəmizdə gedən bütün inkişaf proseslərini bir ziyalı olaraq izləyirik. Bütün uğurlara görə sevinirik. Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Xalqımızın bədii təfəkkür və yaradıcılığına ölkənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi də böyük təsir göstərmişdir. Azərbaycan incəsənəti ölkəmizin təbiəti kimi rəngarəng və zəngindir. Bu zəngin mədəni irsin qorunması və təbliği müstəqil Azərbaycan dövləti tərəfindən davamlı olaraq dəstəklənir.

-Mədəniyyət sahəsində gerçəkləşən layihələr haqqında fikirləriniz necədir?

-Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycanın mədəniyyət siyasəti son illər daha geniş miqyasda həyata keçirilməkdədir. Möhtərəm Prezidentimiz İlham Əliyev hakimiyyətə gəldiyi vaxtdan digər sahələrdə olduğu kimi mədəniyyət sahəsində də əsaslı islahatları daha da sürətləndirməyə başlamışdır. Azərbaycan mədəniyyəti və incəsənəti dünya miqyasında ölkəmizi geniş miqyasda tanıtmaqdadır. Bizim bir çox mədəniyyət abidələrimiz UNESCO-nun Ümumdünya Maddi - Mənəvi İrs Siyahısına salınmışdır. Hər iki beynəlxalq təşkilatın xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın milli mədəniyyətimizin dünyada tanınmasında rolu çox böyükdür. Görkəmli sənət adamlarının – şairlərimizin, bəstəkarlarımızın, elm xadimlərimizin yubileylərinin UNESCO səviyyəsində keçirilməsi Azərbaycan mədəniyyətinə, incəsənətinə verilən yüksək qiymətin nümunəsidir.

Fact-info.az




Baxış sayı: 1 445
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30