Şəhər rəhbərliyi yanğınların olduğu ərazilərə yaxın yerləşən otellərdən turistlərin və yerli sakinlərin profilaktik təxliyəsini elan edib.
Türkiyənin kənd və meşə təsərrüfatı naziri Bəkir Pakdəmirli bildirib ki, yanğınların baş verdiyi ərazilərə 30 yanğınsöndürən maşın, 5 helikopter və 1 təyyarə cəlb olunub.
***
Türkiyədə baş verən meşə yanğınları 3 nəfərin həyatına son qoyub, 180-dən çox xəsarət alan var.
Türkiyə mətbuatının yazdığına görə, yanğınlar yaşayış məntəqələri və evlərə doğru irəliləməyə başlayıb. Son iki gündə Türkiyədə 17 şəhərdə 57 yanğın ocağı meydana gəlib.
***
Türkiyənin Bodrum rayonundakı meşə yanğınları söndürülüb, təxliyə olunan turistlər də otellərə qaytarılıb.
Bu barədə Bodrum şəhərinin meri Əhməd Aras məlumat verib.
Onun sözlərinə görə, Marmarisdəki yanğınlar hələ söndürülməyib.
***
Türkiyədə meşə yanğınları nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.
Bu barədə kənd və meşə təsərrüfatı naziri Bəkir Pakdəmirli bildirib.
"Təəssüf ki, yanğınlar nəticəsində daha bir nəfər öldü. Hadisə Marmaris vilayəti yaxınlığında baş verib", - nazir qeyd edib.
Baxış sayı: 679
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

