Bu sözləri Azərbaycan Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahın nəzdindəki İdarələrarası Mərkəzin elm, təhsil və mədəniyyət məsələləri üzrə işçi qrupunun rəhbəri Fərəh Əliyeva deyib.
Onun sözlərinə görə, işçi qrupunun bütün üzvləri ilə bu gün Ağdama edilən səfərin məqsədi vəziyyətlə yerində tanış olmaqdır.
F.Əliyeva bildirib ki, işçi qrupunun tərkibində alimlər, mütəxəsislər, rəsmilər var: “Siz bilirsiniz ki, Ağdam işğaldan azad edildikdən sonra cənab Prezident burada səfərdə olub. Ağdamın çox gözəl gələcəyi var, həmçinin, çox gözəl tarixi, keçmişi var və Ağdamın gələcəyində bu keçmiş də yaşamalıdır. Cənab Prezidentin göstərişlərinə uyğun olaraq layihələr üzərində işlərə başlanılıb. Bu gün biz Ağdama baxış keçirib rəyimizi təqdim etməliyik. Mən işğaldan əvvəl də Ağdamda olmuşdum və bu gün gördüklərimizdən çox sarsılırıq”.(Trend.az)
Baxış sayı: 727
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

