FACT-INFO.AZ » SİYASƏT » Tahir Mirkişili: Bakı Bəyannaməsi regionun gələcək inkişafına mühüm töhfə verəcək
29-07-2021, 08:05 | SİYASƏT
Tahir Mirkişili: Bakı Bəyannaməsi regionun gələcək inkişafına mühüm töhfə verəcək

Fact-info.az-ın məlumatına görə, bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Komitə sədri qeyd edib ki, Azərbaycan, Türkiyə və Pakistan xalqları tarix boyu yaxın və dost münasibətdə olublar. Hər üç ölkənin dövləti və xalqı çətin zamanlarda daim bir-birilərinə dəstək göstəriblər: "Bu üç ölkənin xalqlarını bir-biri ilə qardaşlıq, ülvi hisslər və etibarlılıq birləşdirir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə güclü Azərbaycanın mövcudluğu hər üç ölkənin bir-biri ilə daha etibarlı şəkildə bağlanmasını təmin etməkdədir".

Tahir Mirkişili vurğulayıb ki, Bəyannamədə dövlətlərimiz və millətlərimiz arasında mövcud olan əlaqələrin daha da dərinləşdirilməsi üçün üç ölkə arasındakı parlamentar dialoqun və əməkdaşlığın gücləndirilməsinin vacibliyinin qeyd olunması əlaqələrin daha da şaxələnəcəyini deməyə əsas verir: "Milli Məclisin sədri Sahibə Qafarovanın bu il Pakistana rəsmi səfəri zamanı əlaqələrin daha da gücləndirilməsi üçün parlamentin rolu geniş müzakirə olunmuş və bu istiqamətdə fəaliyyətin daha da güclənməsinin zəruriliyi qeyd olunub. Eyni zamanda hər 3 ölkənin parlamenti tərəfindən vahid və əlverişli inkişaf çərçivəsi üzərində işin aparılması da günümüzün tələbidir. Regionda sülhün, təhlükəsizliyin, sabitliyin qorunub saxlanması üçün hər 3 dövlətin səylərinin birləşdirilməsinin vacibliyi də Bakı Bəyannaməsində xüsusi vurğulanır. Beynəlxalq təşkilatların bu məsələlərdə aciz qaldığı bir dövrdə regionun 3 əsas və güclü dövlətinin bu missiyanı öz üzərinə götürmək səyi təqdirəlayiq haldır və regiondakı bütün xalqların marağına xidmət edəcəkdir".

Komitə sədri bildirib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində öz torpaqlarını işğaldan azad etməsi ilə Ermənistanın işğalçılıq siyasətinə sarsıdıcı zərbə vurması Bəyannamədə bir daha belə qüvvələrə imkan verilməməsi üçün birgə fəaliyyətin təşkilinin vacibliyinin qeyd olunmasını təmin edib. Digər tərəfdən bütövlükdə, beynəlxalq qanunlara hörmət, hər kəsin inkişafı üçün ədalətli şəraitin yaradılması Bəyannamənin əsas xəttlərindən birini təşkil edir: "Eyni zamanda, Azərbaycanın təşəbbüskarı olduğu nəqliyyat, ticarət, enerji layihələrində , xalqlar arasında təmas, təhsil, sosial və mədəniyyət, turizm, elm və rabitə texnologiyalarında regional müstəvidə daha yaxın əməkdaşlıq inşa etmək səylərində hökumətlərə parlamentlərin ətraflı dəstək vermək çağırışı da Bakı bəyannaməsinin əsas xətlərindən biridir".

Tahir Mirkişilinin sözlərinə görə, Bakı Bəyannaməsi regionun gələcək inkişafında və dünyada öz layiqli yerinin daha da möhkəmlənməsinə öz mühüm töhfəsini verəcək. Şuşa Bəyannaməsinin imzalanması ilə regionda başladılan yeni bir mərhələ Bakı bəyannaməsi ilə daha da şaxələndi. Baş verən bütün bu proseslər isə qardaş xalqlarımızın gələcək inkişafı və daha da güclənməsi üçün çox mühüm və strateji bir planların ilk mərhələsidir.




Baxış sayı: 826
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30