Bu barədə Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Dünya Bankının Azərbaycanın da daxil olduğu yeni hesabatını şərh edərkən bildirib.
Onun sözlərinə görə, 2021-2025-ci illəri əhatə edən Strateji plan və bu planın reallaşdırılması üçün tədbirlər planı artıq hazırlanıb: "Qeyd edim ki, bu plan IDI-nın dəstəyi ilə aparılmış Fəaliyyətin Qiymətləndirilməsi Çərçivəsində əsaslandırılıb. Bu istiqamətdə də fəaliyyətimiz uğurlu olub, IDI və xarici həmkarlarla təcrübə mübadiləsi gözəl nəticələrə gətirib çıxarıb".
"Bizim Dünya Bankı ilə məhsuldar, müvəffəqiyyətli əməkdasliğımız olub. Bu, CAPSAP çərçivəsində baş verib. Qeyd edim ki, Hesablama Palatasının fəaliyyətini tənzimləyən yeni Qanunun ilkin layihəsi də birgə həyata keçirdiyimiz layihə çərçivəsinde hazırlanıb.
Eyni zamanda, 2012-2014-cü illəri əhatə edən layihə prosesində Hesablama Palatası performans auditinin təməlini mənimsəmiş, məhz həmin layihə çərçivəsində ilkin performans audit pilotlarını həyata keçirmişik və qazandığımız bacanqların daha da inkişaf etdirilməsi meqsedilə yeni qanun qəbul edilenadək hər il bu istiqamətda pilotlar icra etmişik", - deyə sədr bildirib.
Baxış sayı: 739
New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha

