FACT-INFO.AZ » XƏBƏR » Ermənistanda siyasi qarşıdurmanın yeni mərhələsi
29-07-2021, 07:15 | XƏBƏR
Ermənistanda siyasi qarşıdurmanın yeni mərhələsi

Parlament seçkisinin Ermənistanda siyasi gərginliyə son qoymayacağını ehtimal etməyə əsas verən əsas səbəb seçkidən sonra daha da kəskin özünü büruzə verməkdədir. Bu səbəb isə aparıcı siyasi qüvvələr arasında İrəvanın xarici siyasətinin istiqaməti ilə bağlı kəskin fikir ayrılığının olmasıdır. Üç il öncə hakimiyyətə gələn, son parlament seçkilərində də iqtidarı əlində saxlamağa nail olan qüvvə Ermənistanın Rusiyanın təsir dairəsindən çıxaraq Avroatlantik strukturlara inteqrasiyasının tərəfdarı kimi çıxış edir. Erməni mətbuatının yazdığına görə, Baş nazir Nikol Paşinyan yeni hökumətdə rəhbər vəzifələrə antirusiya mövqeli şəxsləri təyin edir. Məsələn, müdafiə naziri, general-leytenant Vaqarşak Arutyunyanın istefaya göndərilməsini müxalifət Rusiyayönümlü kadrların vəzifədən kənarlaşdırılması kimi dəyərləndirir. Gürcüstan doğumlu, Bakıda təhsil almış Vaqarşak Arutyunyan İkinci Qarabağ müharibəsindən sonra, ötən ilin noyabrın 20-də müdafiə naziri təyin olunmuşdu. Bu, həmin dövr idi ki, Ermənistan 44 günlük müharibədə ağır məğlubiyyətə uğramış və silahlı qüvvələrinin önəmli hissəsini itirmişdi. Ölkə təhlükəsizlik məsələsində tam şəkildə Rusiyadan asılı vəziyyətə düşmüşdü. Ermənistanın özündə isə siyasi qarşıdurma mövcud idi. Belə bir vəziyyətdə Baş nazir Nikol Paşinyan Vaqarşak Arutyunyanı müdafiə naziri təyin etməklə Rusiyanın Ermənistanın təhlükəsizliyində daha çox mövqe almasına cəhd etdi. İndi isə artıq Vaqarşak Arutyunyan Nikol Paşinyana lazım deyil. Lazım olmadığı üçün də iyulun 20-də Baş nazir Nikol Paşinyan prezident Armen Sarkisyana təklif edib ki, müdafiə nazirini istefaya göndərsin. Müxalifət hesab edir ki, Vaqarşak Arutyunyanın istefaya göndərilməsi Ermənistanın xarici siyasət kursunun tamamilə Qərbə istiqamətlənməsi anlamına gəlir. Ermənistan mətbuatının yazdığına görə, Vaqarşak Arutyunyanın istefaya göndərilməsi Rusiyanın bölgədəki sülhməramlılarının da narazılığına səbəb olub. Erməni müxalifəti hesab edir ki, Baş nazir Rusiya hərbçilərinin Qərb ölkələrindən, ilk növbədə isə Fransadan olan hərbçilərlə əvəzlənməsinə hazırlıq görür. İddia edilir ki, Baş nazir Nikol Paşinyan bu niyyətinə nail ola bilməsə, Rusiya sülhməramlılarının ATƏT-in Minsk qrupunun mandatı altında həmsədr ölkələrin hərbçiləri ilə əvəzlənməsinə cəhd göstərəcək.

Ermənistanın Rusiyayönümlü müxalifəti Avropa İttifaqının ölkəyə 1.6 milyard avro qrant ayırmasını da tənqid edir. Avropa İttifaqının bu addımını Ermənistanın satın alınması kimi dəyərləndirən müxalifət hesab edir ki, Qərb İrəvanın Rusiya ilə bağlarını qoparmağa çalışır. Keçmiş prezident Robert Köçəryanın qardaşı qızı İrina Köçəryan Avropa İttifaqının Ermənistana 1.6 milyard avro qrant ayırmasını "Dövlətçilik müqabilində bir dənə çörək" kimi dəyərləndirib. Rusiyayönümlü müxalifət hesab edir ki, Ermənistana ayrılan qrant insanların problemlərini həll etmək iqtidarında deyil. Keçmiş prezidentin tərəfdarlarının tənqidlərinə baxmayaraq, Ermənistanda böyük əksəriyyət Baş nazir Nikol Paşinyanın Qərbyönümlü siyasətini dəstəkləyir. Məsələ ondan ibarətdir ki, Rusiya öz vassalarının bütün ehtiyaclarını qarşılamaq imkanında deyil. Rusiyanın postsovet respublikalarındakı təsir imkanlarını itirməsinin əsas səbəbi də budur. Sovet İttifaqının dağılmasından ötən 30 ildə Rusiyanın keçmiş Sovet respublikaları ilə iqtisadi münasibətləri çox zəifləyib. Zaman ötdükcə keçmiş Sovet respublikalarının Rusiya ilə iqtisadi bağları zəifləyir və qopmağa başlayır. Digər tərəfdən, avtoritar idarəçiliyin hökm sürdüyü Rusiya mənəvi-siyasi cəlbediciliyini də itirib.

Bu gün Ermənistanın Rusiyadan yeganə asılılığı təhlükəsizlik sahəsindədir. İrəvanın siyasi dairələrində belə hesab edirlər ki, Ermənistan özü-özünü qorumağa qadir deyil. Rusiyanın Ermənistandakı hərbi mövcudluğunun yeganə səbəbi də budur.

Məlum olduğu kimi, Rusiya ABŞ-dan fərqli olaraq hərbi bazalara görə böyük pullar ödəmir. Məsələn, ABŞ Qırğızıstanın hava limanının bir hissəsinin icarəsinə görə hər il Bişkekə 150 milyon dollar ödədiyi halda, Rusiya cəmi 15 milyon dollar ödəyirdi. İrəvanın Qərbin hərbi bazalarına meyllənməsinin bir səbəbi də budur. Ermənistanda hesab edirlər ki, əgər Fransa və ABŞ-ın hərbi təmsilçiliyi yaransa, dövlət büdcəsi yeni gəlir mənbəyi əldə edəcək. Digər tərəfdən, bunun müəyyən qədər iş yerlərinin də açılmasına səbəb olacağı da ehtimal edilir. Bu ehtimalların isə müəyyən əsasları var. Qərbin hərbi bazalarında xidmət sahələrinə yerli xalqların təmsilçiləri cəlb edilir. Rusiya hərbi bazalarında isə həmin işləri hərbçilərin özləri həyata keçirirlər.

Bütün bunlar Rusiyanın bir müttəfiq kimi Ermənistan üçün cəlbediciliyini itirməsinə səbəb olur. Əgər Rusiya Qərb ölkələrinin Ermənistanda hərbi baza yaratmaq istəyinin qarşısını ala bilməsə, İrəvanı Moskvaya bağlayan yeganə amil də sıradan çıxacaq. Bu isə Ermənistanın tamamilə Avroatlantik strukturlara inteqrasiyasının yolunu açacaq. Ermənistandakı Rusiyayönümlü müxalifəti narahat edən, onları hökumətə qarşı daha radikal çıxışlara sövq edən amil də budur. Digər tərəfdən, İrəvanın Moskvanın təsir dairəsindən tamamilə çıxması Rusiyayönümlü müxalifət üçün böyük təhlükədən xəbər verir. Müxalifət cəbhəsi Baş nazir Nikol Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlməsindən az sonra həyata keçirilən həbsləri unutmayıb. O zaman hətta Rusiya prezidenti Vladimir Putinin şəxsən müdaxiləsi belə Robert Köçəryanı həbsdən xilas edə bilməmişdi. Əgər İkinci Qarabağ müharibəsində Ermənistan məğlub olmasaydı, Robert Köçəryan azadlığa çıxa bilməyəcəkdi. Məhz 44 günlük müharibədəki ağır məğlubiyyət Ermənistanı Rusiyadan daha çox asılı vəziyyətə saldı və nəticədə Baş nazir Nikol Paşinyan Moskvanın istəklərinə müqavimət göstərə bilmədi. Bütün bunlar Ermənistanda siyasi qüvvələr arasında antaqonist ziddiyyətlərdən xəbər verir. Bu antaqonist ziddiyyətlər isə həmin siyasi qüvvələrin biri məhv olana kimi davam edəcək. Hazırda Ermənistanda proseslər məhz həmin istiqamətə doğru gedir. Ölkədə siyasi gərginliyin artması da elə bunun nəticəsidir.

Xaqani CƏFƏRLİ




Baxış sayı: 673
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30