L.Abdullayeva Ermənistan Xarici İşlər Nazirliyinin həmin addımının bu ölkənin hələ də beynəlxalq hüquqa zidd olan və ərazi iddialarından çıxış edən mövqe sərgiləməsini bir daha göstərdiyini qeyd edərək deyib: “Bir daha vurğulayırıq ki, Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsindəki ərazisinə edilən hər hansı səfər Ermənistan tərəfindən nəinki etiraz, heç şərh belə oluna bilməz. Bu ərazilərə səfərlər Ermənistanın hərbi işğalı altında olan zaman qanunsuz xarakter daşıyırdı. Artıq Şuşa azad olunub, azad edilən digər bölgələrimiz kimi Azərbaycanın tərkib hissəsidir. Bura səfərlər də edilir və ediləcək, bərpa işləri də həyata keçirilir, şəhərin qanuni sahibləri öz evlərinə geri qayıdacaq. Bir sözlə, mədəniyyət beşiyimizdə həyat yenidən canlanacaq”.
L.Abdullayeva bildirib ki, Ermənistan Xarici İşlər Nazirliyi nota tərtib edərkən ən azından nəyə və nə əsasla etiraz etdiyini düşünməlidir. Görünür, Ermənistan Xarici İşlər Nazirliyində rəhbərliyin olmaması bu qurumun tərtib etdiyi sənədlərə də təsirini göstərir.
Ermənistan Xarici İşlər Nazirliyi artıq bölgədəki yeni vəziyyəti dərk etməlidir. Keçmişdə olduğu kimi, beynəlxalq hüquqa zidd və destruktiv siyasətdən çıxış etmək Ermənistana yaxşı heç nə vəd etmir.
Baxış sayı: 699
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

