FACT-INFO.AZ » XƏBƏR » 10 il əvvəl və 10 il sonrakı Azərbaycan: Prezident İlham Əliyevin praqmatik düşüncəsi ölkəmizin strateji inkişafına hesablanıb
10-07-2021, 08:50 | XƏBƏR
10 il əvvəl və 10 il sonrakı Azərbaycan: Prezident İlham Əliyevin praqmatik düşüncəsi ölkəmizin strateji inkişafına hesablanıb

Belə ki, bundan 10 il əvvəl - 2011-ci ildə Azərbaycanın Prezidenti “Formula vlasti” proqramının aparıcısının sualına “Mən, əgər belə bir imkan olsaydı, gələcəyə gedərdim, deyək ki, 10 il sonraya gedərdim və baxardım, düşündüklərim alınıb, ya yox? Alınıbsa, hansı səviyyədə alınıb? Bax, bunu böyük məmnuniyyətlə edərdim” - deyə, cavab vermişdi.

Bu gün, düz 10 ildən sonra Azərbaycan məhz Prezident İlham Əliyevin görmək istədiyi və düşündüyü şəkildədir. Ölkəmiz qalibdir, özünün yüksək inkişaf mərhələsini yaşayır, Qarabağ azaddır. Bu gün Azərbaycan güclü, ərazi bütövlüyü bərpa olunmuş, regionun lideri, bölgədə söz sahibi, yeni reallıqlar yaradan dövlətdir.

Təbii olaraq, 10 il əvvəl sözügedən proqramın izləyiciləri İlham Əliyevin bu ifadələrindəki sətiraltı məqamları başa düşmürdülər. İndi aydın olur ki, Azərbaycan Prezidenti atdığı bütün addımların təqvimini quraraq xalqımız üçün əsas problem olan Qarabağ məsələsinin həlli istiqamətində davamlı işlər aparıb. Ötən ilə qədər heç kimin ağlına da gəlməzdi ki, 30 ildir işğal altında olan Qarabağ 44 günlük müharibə ilə azad ediləcək. Lakin baş verənlər bir daha göstərdi ki, dövlət başçısı öz uzaqgörən, praqmatik və intellektual düşüncəsi ilə bütün bunları öncədən planlaşdırmışdı. Deməli, ölkə başçısı Qarabağ məsələsi ilə bağlı qarşıya strateji hədəflər qoyub və bu hədəflərə çatmaq üçün zərgər dəqiqliyi ilə çalışıb.

Bu gün isə Şuşada, Cıdır düzündə səslənən "Qarabağ Azərbaycandır" harayı Prezident İlham Əliyevin, müzəffər Ali Baş Komandanın xarakter cizgilərini ən dərin çalarları ilə ifadə edir. Azərbaycan lideri illər boyu yorulmaq, dayanmaq bilmədən nəinki bölgədə, hətta dünyada həlli mümkünsüz sayılan Qarabağ münaqişəsini həll etdi, dünyanın siyasi və hərb tarixində yeni dönəmin əsasını qoydu.

Heç şübhə yoxdur ki, Prezident İlham Əliyevin düşüncəsində bundan 10 il sonra da Azərbaycanın mükəmməl bir obrazı canlanır. Bu obrazın ilkin işartıları Vətən Müharibəsindən sonra atılan bütün addımlarda artıq özünü göstərməkdədir.




Baxış sayı: 740
“İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Bu gün, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Bu gün, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Bu gün, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Bu gün, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Bu gün, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Bu gün, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Bu gün, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb Dünən, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub Dünən, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib Dünən, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir Dünən, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans Dünən, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram Dünən, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib Dünən, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib Dünən, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" Dünən, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub 16-10-2026, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib 16-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031