FACT-INFO.AZ » XƏBƏR » Üçtərəfli Bəyanatdan bir ay sonra terror məqsədilə Azərbaycana göndərilən təxribatçılar “hərbi əsir” hesab edilə bilməz
1-07-2021, 08:00 | XƏBƏR
Üçtərəfli Bəyanatdan bir ay sonra terror məqsədilə Azərbaycana göndərilən təxribatçılar “hərbi əsir” hesab edilə bilməz

AZƏRTAC xəbər verir ki, bu sözləri ATƏT Parlament Assambleyasının yay sessiyası çərçivəsində Demokratiya İnsan haqları və humanitar məsələlər Komitəsinin onlayn iclasındakı çıxışında Milli Məclisin deputatı Ülviyyə Ağayeva deyib.

Milli Məclisin deputatı Azərbaycanın Kəlbəcər rayonunda baş verən son hadisələrdən danışaraq deyib: “Çoxunuz yəqin ki, mətbuatda bir neçə həftə əvvəl Azərbaycanın Kəlbəcər bölgəsində mina partlayışı nəticəsində iki azərbaycanlı jurnalistin və bir məmurun həlak olması xəbəri ilə qarşılaşmısınız. Həmin hadisə nəticəsində dörd nəfər də yaralanıb. Bu mina partlayışından bir həftə əvvəl, Ermənistan Silahlı Qüvvələrinin bir kəşfiyyat-təxribat qrupu, azad edilmiş torpaqlarda minalar yerləşdirmək üçün Ermənistan-Azərbaycan sərhədindəki Azərbaycanın Kəlbəcər bölgəsi ərazisinə keçməyə cəhd etdi. 30 ilə yaxın davam edən işğal dövründə Azərbaycan torpaqları Ermənistan tərəfindən ciddi şəkildə minalanıb. Bu, normal həyata qayıtmamaq üçün edilib. Mülki infrastrukturdan tutmuş bütün kanallara, yol qovşaqlarına, kənd və şəhər yollarına, həyət girişlərinə, qəbiristanlıqlara və çay sahillərinə qədər hər yer minalanıb”.

“Ermənistan hökumətinin də imzaladığı üçtərəfli Bəyanatdan bir ay sonra Azərbaycana terror məqsədilə göndərilən təxribat qrupunun üzvləri “hərbi əsir” hesab edilə bilməz”, - deyən Ülviyyə Ağayeva qeyd edib ki, noyabr ayından bəri erməni təxribat kəşfiyyat qruplarının bir neçə üzvü Ermənistan-Azərbaycan sərhədini keçməyə cəhd edib. “Niyə?! Bu suala cavab verə bilərəm: məqsədləri Azərbaycan hərbi qulluqçularına və mülki şəxslərə qarşı bir sıra terror hücumları həyata keçirmək olub. Təəssüf ki, beynəlxalq ictimaiyyətin Ermənistanın özbaşınalığına və vəhşiliyinə qeyri-adekvat reaksiyası bu ölkəni qanun pozuntularına davam etməyə sövq edir. Ermənistanın minalanmış ərazi xəritələrini təhvil verməkdən imtina etməsi və təxribat, revanşizm mövcud bütün beynəlxalq normaların pozulmasıdır və jurnalistlər də daxil olmaqla bir çox insanın həyatını təhlükə altına qoymaqdadır”, - deyə o əlavə edib.

Milli Məclisin deputatı vurğulayıb ki, Azərbaycan beynəlxalq humanitar hüququn müddəalarında və 10 noyabr üçtərəfli Bəyanatında nəzərdə tutulan humanitar tədbirləri həyata keçirməyə davam edir. Ermənistan tərəfini də oxşar yanaşma nümayiş etdirməyə və öhdəliklərini yerinə yetirməyə çağırırıq.

Ülviyyə Ağayeva deyib: “Bu cinayətkar hərəkətlər səbəbindən mülki şəxslər və media nümayəndələri həyatlarını itirdi. Ermənistandan növbəti itkilərin qarşısını almaq üçün Azərbaycan ərazilərinə qoyulmuş mina xəritələrinin açıqlanmasını tələb edirik. Əminəm ki, bu, bölgədə ədalət, təhlükəsizlik, sabitlik və əlbəttə ki, uzunmüddətli sülhün bərqərar olmasına töhfə verəcək”.




Baxış sayı: 846
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30