FACT-INFO.AZ » AKTUAL » Professor Surxay Musayev: “Mənim qənaətimcə, pandemiya ünsiyyət mədəniyyətində yeni çalarlar, yeni davranış qaydaları gətirməkdədir”
28-06-2021, 11:25 | AKTUAL
Professor Surxay Musayev: “Mənim qənaətimcə, pandemiya ünsiyyət mədəniyyətində yeni çalarlar, yeni davranış qaydaları gətirməkdədir”

-Ölkəmizdə COVİD-19 əleyhinə mübarizə tədbirləri effektli nəticələr verməkdədir. Bu uğurlu nəticələri qoruyub genişləndirmək üçün daha nəyi etmək zəruridir?

-Bir neçə vacib məqamı qeyd etmək istərdim. Azərbaycan Prezidentinin birbaşa göstərişi və nəzarəti ilə ölkədə COVİD-19 xəsətələrinin müalicəsi ilə əlaqədar fəaliyyət sistemi çox yüksək səviyyədə təşkil olunmuşdu. Cənab Prezidentin tapşırığına uyğun olaraq Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq yanvarın 18-dən etibarən ilk olaraq səhiyyə işçilərinin, 08 fevral tarixindən 65 yaşdan yuxarı vətəndaşların, fevral ayının 17-dən etibarən isə yaşı 50 və yuxarı şəxslərin vaksinasiyasına başlanıldı. Həmin proses bu gündə uğurla davam etdirilir. Pandemiya ilə mübarizə çərçivəsində Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə fəaliyyət göstərir. Görülmüş butün bu tədbirlərin nəticəsi olaraq çox ciddi irəliləyişlər var. Yoluxma sayının azalması, sağalanların sayının artması müsbət dinamikadır.

-Bu müsbət dinamika, son nəticələr arxayınlaşmaya səbəb ola bilərmi?

-Bütün bunlar bizi heç vaxt arxayınlaşdırmamalıdır. Hər zaman ehtiyatla davranmaq, hər addımda pandemiya dövrünün qaydalarına ən ciddi şəkildə əməl etmək zəruridir. Unutmaq lazım deyil ki, bu dəhşətli bəşəri bəladan qoruyan yeganə bir qüvvə varsa o da hər kəsin özü və onun sosial məsuliyyət hissidir. Bu xəstəliyinn müalicəsi istiqamətində bütün səhiyyə ocaqları nəzərdə tutulan bütün tibbi avadanlıqla zamanında təmin edilmişdi. Müasir tibbi avadanlıqlarının olması mütərəqqi müalicə üsulları ilə xəstələri müalicə etməyə imkan verdi. Bütün bu proseslər, həkimlərimizin, tibb heyətinin səyi nəticəsində bura gətirilən xəstələrin xeyli hissəsi sağalıb geri qayıtdı. Bu xəstəlikdən dünyalarını dəyişənlər oldu. Həmin xəstələr çox gecikmiş, ağırlaşmış halda klinikaya gətirilənlər idi. Fədakər həkimlərimiz maksimum çalışıb onların həyatını xilas etməyə səy göstəriblər.

-COVİD-19 gec-tez tarixə qovuşacaq. Bu pandemiyanın fəsadları, insanların gələcək fəaliyyətində müəyyən problemlər yaratması ehtimalı da var. Ümumiyyətlə, postpandemiya dövründə elmi tədqiqatların aparılması prosesi ilə bağlı nə deyə bilərsiniz?

-Bu çox zəruri məsələdir. Çünki xəstəlik keçirən insanların bəzilərində müxtəlif narahatçılıqlar olur. Bu pandemiyanın təsirindən olub və yaxud başqa səbəblərdəndir bunu demək çətindir. Məhz bütün bunlara görə, koronavirus pandemiyası ilə bağlı geniş elmi tədqiqatlar davam etdirilməlidir. Digər tərəfdən gələcəkdə belə pandemiyalarla üzləşməmək üçün elmi tədqiqatların aparılması, çox ciddi qabaqlayıcı tədbirlərin görülməsi zamanın tələbidir. Düşünürəm ki, bizim alimlərimiz xarici həmkarları ilə birlikdə bu istiqamətdə çalışmalıdırlar.

-Sosial məsuliyyətin dürüst dərk olunması, hər kəsin səhiyyə mədəniyyətinə yiyələnməsi hər zaman olduğu kimi, indi də zəruridir. Bu barədə sizin fikirlərinizi bilmək istərdik?

-Sosial məsuliyyətin dürüst şəkildə dərk olunması üçün insanlarda tibbi təfəkkür formalaşmalıdır. Bu sahənin inkişafı çox zəruri məsələdir. Tibbi təfəkkürü inkişaf etdirmək üçün tibbi maarifləndirmə prosesi geniş vüsət almalıdır. Bütün hallarda tibbi, ekoloji maarifçilik işi genişlənməlidir. Bu işlər evdə, ailədə, təhsil ocaqlarında, internet medaiada və digər məkanlarda geniş aparılmalıdır. Səhiyyə mədəniyyətini inkişaf etdirmək üçün ümumilikdə bütün media səmərəli iş görməlidir. Bir çox zərərli vərdişlərdən qurtulmaq lazımdır. Elə insanlar var qarşısında olan həmsöhbəti ilə danışanda məsafə saxlamır. Elələri var danışanda az qala adamın ağzının içinə girir. Bu çox qüsurlu hərəkətdir. Digər bir mənfi tendensiya ondan ibarətdir ki, tələbələr, orta məktəb şagirdləri dərsə gələndə, dərs qurtarandan sonra hamı ilə öpüşüb-görüşürlər və ayrılıb gedilər. Kişiyə yaraşmayan bu ünsiyyət vasitələri tibbi yanaşma baxımından da qüsurludur. Bütün bunlar infeksiya daşıyıcısı olan xüsusiyyətlərdir. Mənim qənaətimcə, bu pandemiya ünsiyyət mədəniyyətində də yeni çalarlar, yeni davranış qaydaları gətirməkdədir. Bəzi zərərli vərdişlərdən qurtulmağın zamanıdır.

-Müharibə iştirakçılarının, döyüşlər zamanı müxtəlif xəsarət almış insanların normal həyata qayıdışı zəruridir. Bu istiqamətdə həyata keçirilən işləri necə dəyərləndirirsiniz?

-Azərbaycan torpaqlarında məskunlaşan ermənilər 200 ilə yaxındır xalqımıza qarşı hər zaman düşmənçilik siyasəti aparıblar. Onlar bizim tarixi torpaqlarımızda məskunlaşaraq çox iyrənc əməllərlərlə məşğul olublar. Hər zaman Azərbaycanın əleyhinə saxta təbliğat aparıblar. Nəhayət Ordumuz erməni mifini tamamilə dağıtdı. Torpaqlarımızın azad olunmasında dünyasını dəyişən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Məhz onların qəhrəmanlığı, Ordumuzun peşəkarlığı, cəsurluğu nəticəsində tarixi qələbəmizi qazandıq. Şəhidlərimizin hər biri müqqədəs amallar uğrunda canlarından keçiblər. Onu demək istərdim ki, Vətən müharibəsi zamanı bizim klinika cəbhədə yaralanan, müxtəlif xəsarəti alan hərbiçilərimizin tam mülalicəsi ilə bağlı səfərbər olmuşdu. Bütün tibbi heyət üzərinə düşən vəzifəni yerinə yetirdi. Bu gündə bu işlər davam edir. Bizim klinikada hər kəs qazilərimizin müalicəsində iştirakdan qürur duyur. Bütün tibbi heyət bu işdə əlindən gələni edir. Səhiyyə Nazirliyinin qərarı ilə Klinikamızda qazilərimizin psixonevroloji reabilitasiyası ilə məşğul olmaq üçün 6 nəfərdən ibarət həkim briqadası ayrılaraq treninqlərə cəlb olunmuşdur. Artıq həmin həkimlərimiz treninqləri uğurla başa vurublar. Müharibədə beyin xəsarəti alan, nitq qüsuru, psixoloji problemləri və səhhətlərində digər problemləri olan müharibə iştirakçılarımızın müalicəsi ilə bütün həkimlərimiz, xüsusilə, həmin treninqə cəlb olunan heyət məşğul olacaq. Qazilərimizə göstəriləcək bu tibbi xidmət pulsuzdur.

Fact-info.az




Baxış sayı: 1 689
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30