FACT-INFO.AZ » SİYASƏT » "Azərbaycan sülh və sabitliyə böyük töhfələr verməkdədir" - Hulusi Akar
28-06-2021, 07:25 | SİYASƏT
"Azərbaycan sülh və sabitliyə böyük töhfələr verməkdədir" - Hulusi Akar

Fact-info.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar Türkiyə Ordusuna Quru Qoşunlarının yaradılmasının 2230-cu illiyi münasibətilə ünvanladığı təbrik mesajında bildirib.

Nazir deyib ki, Türkiyə Ordusunun Quru Qoşunlarının əsası Mete Xan tərəfindən qoyulub və hazırda bu qəhrəman, fədakar heyət köklü tarixinə, milli, mənəvi , peşə dəyərlərinə sadiq qalmaqla dünyanın ən hörmətli hərbi qüvvələrindən biridir:

“Quru Qoşunlarımız ölkəmizdə və sərhədləri aşaraq vətənimizin, sərhədlərimizin, nəcib millətimizin təhlükəsizliyi üçün hər cür təhdid və təhlükələrə qarşı qətiyyət və əzmlə mübarizə aparır. Bu çərçivədə, yüksək texnologiyalı yerli və milli müdafiə sənayesi məhsulları ilə təchiz olunmuş Quru Qoşunlarımız, terrorla mübarizə çərçivəsində həyata keçirdiyi genişmiqyaslı əməliyyatlarla şərəfli tariximizə yeni və böyük nailiyyətlər əlavə edir.

Quru Qoşunlarımız yeddi iqlimdə üç qitəyə sülh, ədalət və əmin-amanlıq gətirən nəcib millətimizin və əcdadlarımızın sevgisindən, inamından və duasından aldığı ilhamla özünə veriləcək hər cür vəzifəni uğurla yerinə yetirir və yetirəcək, bundan sonra da ölkəmiz üçün qürur mənbəyi olmağa davam edəcəkdir. Bu ildönümü münasibətilə Mete Xandan Sultan Alparslana, Qazi Mustafa Kamal Atatürkdən bu günə kimi Quru Qoşunlarımızın bu səviyyəyə çatmasında əməyi olan bütün komandirlərimizi və dövlət xadimlərimizi hörmətlə anır, əbədiyyətə qovuşmuş müqəddəs şəhidlərimizi və qəhrəman qazilərimizi mərhəmət və minnətdarlıqla xatırlayır, həyatda olan qəhrəman qazilərimizə, şəhidlərimizin və qazilərimizin dəyərli ailələrinə hörmət və minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, Türkiyə hərbçiləri Ağdamda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərir.




Baxış sayı: 820
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30