FACT-INFO.AZ » XƏBƏR » “Mediada islahatlara doğru” silsilə seminarları davam edir
24-06-2021, 07:20 | XƏBƏR
“Mediada islahatlara doğru” silsilə seminarları davam edir

Fact-info.az-ın 525.az-a istinadən xəbərinə görə, seminarların ikinci həftəsində redaktorlar “Al Jazeera”nın iş prinsipləri və xəbər təcrübəsi ilə tanış olublar. “Al Jazeera”nın baş müxbiri Rəsul Sərdar Ataş “Xəbərlər şöbəsinin səmərəli idarəedilməsi” , “Gündəmi necə qurmalı: praktiki yanaşmalar” mövzularında məruzə ilə çıxış edib.

Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli deyib ki, təmsil etdiyi qurum tərəfindən ölkədəki media subyektləri ilə seminarların keçirilməsinə bu ilin yanvar ayından başlanılıb: “Ölkə Prezidentinin Mediada islahatların dərinləşdirilməsinə dair sərəncamına əsasən həm Medianın İnkişafı Agentliyi yaradılıb, həm də mediada islahatlar çərçivəsində görüləcək tədbirlər müəyyənləşib. Yanvarın sonlarından başlayaraq mətbuat xidmətlərinin rəhbərləri, dövlət qurumlarının media menecerləri üçün seminarlar təşkil olunub. İndiki seminarlara isə media menecerləri, əsasən baş redaktorlar cəlb olunub. Burda da məqsəd Azərbaycanda media islahatları ilə baş redaktorları tanış etmək, "Media haqqında" qanunun əsas prinsipləri barədə məlumat vermək, "ADA" Universitetinin, "Al Jazeera", "Haber Global"ın ekspertlərinin iştirakı ilə medianın vəziyyəti, müasir çağırışları müzakirə etməkdir. Bu, fikir platformasıdır və təkcə bizim üçün deyil, burda fikir bölüşən hər kəs üçün maraqlıdır. Biz medianın gələcəkdə hansı istiqamətdə inkişaf edəcəyini müzakirə edirik. Jurnalistika fakültələrinin tələbələri üçün də oxşar proqramlar nəzərdə tutulub”.

N. Məmmədli qeyd edib ki, ümumiyyətlə, MEDİA-nın jurnalistika ixtisasının inkişaf etdirilməsi ilə bağlı iki istiqamətdə fəaliyyəti nəzərdə tutulur: cəmiyyətin media savadlılığının artırııması və jurnalist kadrların potensialının yaxşılaşdırılması və müasirəşdirilməsi. İlin sonunadək həmin layihələrin bir hissəsi həyata keçirləcək. Seminarda səslənən problem və təkliflərin MEDİA tərəfindən nəzərə alınıb-alınmamasına gəlincə, Natiq Məmmədli bildirib ki, seminarlardan sonra mətbuatda hansı məzmun və keyfiyyət dəyişikliklərinin baş verəcəyi təmsil etdiyi qurum üçün də maraqlıdır: "Mətbuatın monitorinqini həyata keçirəcəyik. Burda səslənən fikirlər sadəcə fikir olaraq qalmayacaq. Səslənən fikirlərin böyük əksəriyyətini biz bilirik. Elə nüanslar da var ki, onları təkmilləşdirmək lazımdır. Müəyyən monitorinqlərdən sonra biləcəyik ki, bu seminarlar bizim media rəhbərləri üçün nə qədər effektiv olub".

Qeyd edək ki, iyunun 14-dən iyulun 10-dək davam edəcək seminarlarda 75 media nümayəndəsi iştirak edir. Onlar hər qrup üzrə 25 nəfər olmaqla 3 qrupa bölünərək həm yerli, həm də xarici mütəxəssislərlə təcrübə mübadiləsi aparırlar.




Baxış sayı: 693
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30